Qadin.NET / Uşağa tərbiyə verməkdə gecikməyək

Uşağa tərbiyə verməkdə gecikməyək

Uşağa tərbiyə verməkdə gecikməyək

İmam Əli(ə) oğlu Həsənə (ə) buyurub:
“Uşaq və yeniyetmələrin qəlbi əkilməmiş münbit torpağa bənzəyir.Ora hər nə əksən,bitəcək.Beləcə,mən ürəyin bərkiməzdən və ağlın başqa məsələlərə məşğul olmazdan qabaq sənin tərbiyənlə məşğul oldum.”
Bir çox vaxt biz elə fikirləşirik ki,uşaq hələ kiçik yaşlarındaykən ona tərbiyə vermək,sıxışdırmaq düzgün deyil.Onu özbaşına buraxmaq lazımdır ki,tədricən nəyin yaxşı və nəyin pis olduğunu özü dərk etsin.Məsələn,bəzən uşaq həyətdə və yaxud ətrafdakılardan müxtəlif cür söyüş öyrənir.Ana bunun qarşısını almaq istədikdə,ata müdaxilə edərək deyir ki,hələ o uşaqdır və yaşı çoxaldıqca bu adətləri tərk edəcəkdir.Amma uşaq böyüdükcə bu söyüşlər nəinki azalmır,əksinə daha da çoxalır.O,yaşa dolduqca əsəbiləşdikdə,istəkləri yerinə yetmədikdə,öz valideynini belə söyəcək.Bəli,vaxtında verilməyən tərbiyənin axırı belə olur.Amma hələ ilk günlərdə valideynləri uşağa sadə və mehribanlıqla desəydilər ki, bu iş pisdir və sənin söyüş söyməni istəmirik,bəlkə də elə ilk gündən bu hərəkətin qarşısını almaq olardı.
Bəli uşağın qəlbi münbit torpağa bənzəyir.Siz ona nə qədər desəniz,hansı əməli qadağan etsəniz, o bunun pis olduğunu sizin vasitənizlə dərk edib anlayacaqdır.O,sizi sevdiyi üçün və sizi narahat etmək istəmədiyi üçün yaxşı olmayan əməllərin daşını buraxacaqdır.Əlbəttə, uşağın tərbiyəsində müvəffəq olmağın başqa bir yolu valideynin uşağa dediyinin özünün də əməl etməsidir.Məsələn əgər valideyn uşaqdan söyüş söyməməsini tələb edirsə,o zaman özü də bu əməli qəti surətdə tərk etməlidir.Eyni zamanda yalan danışmamaq,əhdə vəfa etmək və s.məsələlərdə valideyn övlada ən yaxşı güzgüdür.Uşaqlar bizim hər bir hərəkətimizi diqqətlə izləyirlər.Xüsusən də oğlan atası, qız isə anası kimi olmaq istəyir. Əlbəttə,”uşağa hələ kiçik yaşlarından tərbiyə vermək lazımdır”-dedikdə onun dərk edə bilməyəcəyi məsələləri ona öyrətməyi nəzərdə tutmuruq.Siz xırda və sadə məsələləri ona öyrətməyi nəzərdə tutulmur.Siz xırda və sadə məsələlərdə ona cuzi işarələrlə,əməli surətdə öz övladınıza nəyin düz,nəyin səhv olduğunu ona başa sala bilərsiniz.


Əziz istifadəçilər,indi isə növbə sizindir.Yazın görək uşaqlarınızı necə tərbiyə edirsiniz?Uşaqlarınıza nəyi qadağa qoyursunuz?Buyurun şərhlərinizi gözləyirəm.
28 avqust 2010
GO BACK