Qadin.NET / Ana südü niyə lazımdır?

Ana südü niyə lazımdır?

 Ana südü niyə lazımdır?

-Ana südü, körpələrə ehtiyacı olan bütün qida elementlərini tək başına ilk 6 ay təmin edə bilən ən yaxşı qidadır. 

- Ananın döşlərindən doğumdan sonrakı ilk bir neçə gün ərzində gələn sarı və tünd ilk süd (kolostrum), körpənizin həzm sisteminin inkişafına və işləməsinə kömək edər. 

- Ana südü ilə bəslənən körpə D vitaminindən başqa, su daxil olmaqla, heç bir əlavə mayeyə, əlavə qidaya və vitaminə ehtiyac duymaz. 

- Ana südü körpənizin immunitet sisteminin xəstəliklərlə mübarizəsinə kömək edən anticisimləri, faktorları, hətta müdafiə etmə hüceyrələrini ehtiva edir. 

- Ana südündəki zülal və yağ, körpənizin bədəni üçün fayadalıdır. Bu maddələr, hazır uşaq qidalarındakından daha yaxşıdır. Tərkibi, həzmə daha uyğun və daha balanslıdır; yağ məzmunu, bədəndə edilə bilməyən, çöldən alınması zəruri olan vacib yağ turşuları baxımdan zəngindir.

- Ana südü qəbul edən körpələrin daha az qazı olar, daha az bəslənmə problemləri olur, daha az qəbiz olurlar. 

- Ana südü əmən körpələr ani körpə ölümü nisbəti daha aşağıdır. 

- Ana südü ilə bəslənən körpələrin IQ səviyyəsi digərlərinə nisbətlə 8 bal daha yüksəkdir. 

- İçində olan dəmir sayəsində ana südü qəbul edən  körpələrdə qansızlıq müşahidə edilmir. 

- İlk 6 ay, tək ana südü ilə bəslənən körpələr daha sağlam böyüyür və inkişaf edərlər. Başda ishal olmaqla, mikroblu xəstəliklərə tutulmazla, körpə dövründən sonra da daha az xəstələnərlər. 

- Ana südü ilə bəslənən uşaqların gələcəkdə astma, eqzema və allergik xəstəliklərə tutulma riskləri daha aşağıdır. 

2 mart 2013
GO BACK