Qadin.NET / 0-7 yaşına qədər körpənin inkişaf cədvəli

0-7 yaşına qədər körpənin inkişaf cədvəli

0-7 yaşına qədər körpənin inkişaf cədvəli


Balacanız bütün normalara uyğun olaraq inkişaf edir? Bunu yoxlamaq imkanınız var. Necə?
Sırada təqdim etdiyimiz cədvəl bu işdə yardımınıza çatacaq.

Yaşı Bacarıqları
1 aylıq O, hərəkətdə olan oyuncağı izləyir

Böyüklərin səsinə reaksiya verir və bu zaman ağlamağını kəsir

Qarnı üzərində uzadıldıqda qısa müddətə olsa belə, başını dik tuta bilir

Böyüklərlə ünsiyyət zamanı müəyyən səslər çıxarır

Böyüklərlə ünsiyyət zamanı ilk təbəssümünü göstərir
2 aylıq Qarnı üzərində uzadıldıqda artıq başını uzun müddət dik saxlaya bilir


Qışqırığı intanasiyalı şəkil alır, baxışları hərəkətli olur

Böyüklərin ünsiyyətinə təbəssümlə reaksiya verir

3 aylıq Yenidoğulmuş balacaya məxsus bütün reaksiyalar itir

Tərpənməyən əşyanı uzun müddət süzə bilir

Əllərini ilk dəfə oyuncağa doğru aparır

Əllərini çiyinlərinə doğru aparır

Səsi intonasiyalı olur

Canlanma hiss olunur
4 aylıq Əllərini nəzərdən keçirir

Səs gələn tərəfə başını çevirib, reaksiya verə bilir

Qarnı üzərinə çevrilə bilir

Oyuncaqları tuta bilir


Anasını tanıyır
5 aylıq Əl hərəkətləri aktivləşir

Oyuncağı 2 əli ilə tutub,ağzına apara bilir

Öz hisslərini gülüşü və göz yaşları ilə biruzə verir

Yaxınları və kənar şəxsləri fərqləndirə bilir
6 aylıq Əllərini uzadaraq qalxmaq istəyir


Oturur

Əllərində oyuncağı uzun müddət saxlaya bilir

Mayeni fincandan içə bilir
7 aylıq Sərbəst oturur

Oyuncağı ata, silkələyə, bir əlindən digərinə ötürə bilir


Uzun-uzadı qığıldayır

Böyüklərlə ünsiyyətə girməzdən əvvəl,onları yaxşıca nəzərdən keçirir
8 aylıq Dizi üstündə durur,iməkləyir,dayaqdan tutaraq qalxır


Böyüklərin “əlini ver”, “sağ ol” sözlərinə hərəkətli cavab verə bilir

Özü alma, çörək və s.əlində saxlayaraq sorur

Müxtəlif oyunları başa düşərək reaksiya verir
9 aylıq Dayaqdan istifadə edərək sürətli gəzir

Xırda əşyaları götürə bilir

Fiqurlardan piramida düzəldə bilir

Adını bilir və çağırdıqda reaksiya verir

Güvəcdə rahat oturur
10 aylıq Bir əli ilə tutaraq yaxşı gəzə bilir

Çoxda hündür olmayan pilləkanlardan qalxıb-düşə bilir

Öz bədən üzvülərini göstərə bilir

Böyüklərin ardınca bildiyi sözləri hecalaya bilir


Uşaqlarla ünsiyyətə can atır
11 aylıq Sərbəst olaraq dayanır


Top və kubiklərlə oynamağı sevir

Söz ehtiyyatı artır

“Olmaz”sözünün mənasını başa düşür


Heyvanlarla oynamağa can atır

12 aylıq Müstəqil addımlayır


Qaşıq, fincan və darağı müstəqil tuta bilir

Böyüklərdən kitab oxumalarını istəyir

8-10 söz bilir

Formaya görə fiqurları ayıra bilir
1 yaş 3 aylıq Söz ehtiyyatını qısa bir vaxtda artırır

Biri-birindən 3 sm böyük olan əşyaları fərqləndirə bilir


Başqalarının hərəkətlərini təkrar edə bilir
1 yaş 6 aylıq Əşyaların nə üçün lazım olduğunu qısa formada izah edə bilir

Ünsiyyət zamanı qismən çətin sözlərdən istifadə edir


Maniyələri ayağı ilə addlaya bilir


Qaşıqla hətta duru qidanı da qəbul edə bilir

1 yaş 9 aylıq Bəzi suallara cavab verə bilir, şəkillər üzrə hekayəni başa düşür


Oyuncaqlardan sadə formalar düzəldə bilir

Böyüklərin yardımı ilə müəyyən geyimləri geyinə bilir
2 yaş Böyüklərin danışdıqları qısa hekayələri başa düşə bilir

Yerdən əşyaları fərqliliyinə görə seçib-ayıra bilir

15 sm hündürlükdə maniyəni addlaya bilir


Bəzi paltarlarını müstəqil geyinə bilir
2 yaş 6 aylıq “Nə?” “Harda?” suallarından istifadə etməyə başlayır

Həndəsi fiqurları formaca rahatlıqla ayırır

Ağ, sarı, qara, qırmızı,yaşıl rəngliəşyaları fərqləndirə bilir

Rəngli qələmdən istifadə etməyi öyrənir


Müstəqil olaraq geyinməyi bacarır(düymələri və ayaqqabının qaytanını isə hələ də bağlaya bilmir)

Səliqəli yemək yeyə bilir

20 sm hündürlükdə maniyəni addlaya bilir

3 yaş Çətin cümlələrdən istifadə edir

Tez-tez suallar verir

Rəngləri düzgün seçir


Qələmlə yazmağı, şəkil çəkməyi bacarır


Böyüklərin yardımı olmadan tam sərbəst geyinə bilir

Salfetka və dəsmalla tam davrana bilir

30 sm-lik maniələri addlaya bilir
4 yaş Ayaq və əlləri ilə tam kordinasiya olunmuş nizamlı hərəkətlər edir

Topu iki əli ilə ata və sinsinə sıxmadan tuta bilir

15-20 sm məsafədən hoppana bilir

Nəfəsini siqnalla ala-verə bilir


Düz xətt çəkə,mexaniki oyuncaqları açarla işə sala bilir

Hər şeyə başını soxmağı sevir

6 əsas rəngi ayıra bilir


Yaxında,uzaqda , aralıda kimi istiqamətləri tam ayıra bilir

Ilin 4 fəslini və sutkanın vaxını bilir

Az, çox.yekə,balaca başa düşür

Diqqətlə qulaq asıb, təkrarlaya bilir

Nitqi düzgün formalaşıb

2-3 uşaqla birlikdə sujetli oyunlar oynaya bilir

Böyükləri diqqətlə dinləyir. Onların ad və soyadını bilir

Elementar davranış qaydalarına əməl edə bilir

Özü müstəqil geyinə ,ayaqqabısını bağlaya bilir

Qaşıq və çəngəllə əla davranır

Özü tək əl-üzünü yuyub, qurulaya bilir

5 yaş Düzgün qamət formalaşır


Başını düzgün tuta bilir


Hündürlükdən tullana bilir

Üfüqi və şaqulu xəttlər çəkə bilir

8 rəngi tanıyır


6 –ya qədər sayır


Əşyaları siniflərinə görə bölə bilir


Səbəb və nəticəni ayıra bilir

Oyunlarında ana xətti insanlar arası münasibətlər təşkil edir


Tənqid edə bilir


Ev əşyaları ilə düzgün davrana bilir

Otaqda təmizliyə əməl edə bilir
6 yaş Topu 1 əli ilə tuta bilir


Ayaqlarını növbələyərək tullana bilir

Qayçı ilə istənilən formanı kəsə bilir

Həndəsi fiqurları adları ilə tanıyır


Mavi, çəhrayı, boz,bənövşəyi rənglərin çalarlarını asanlıqla ayıra bilir

10 –a qədər sayır

Ilin aylarını saya bilir

Fikir yürüdə bilir

Sevdiyi oyunlar və rollar var

Davranış qaydalarına özü riayyət edir

Evdə və baxçada təmizliyə tam əməl edir

7 yaş Ritmik hərəkətləri tempə uyğun izləyə bilir


Xizək və velosipedi sərbəst idarə edə bilir

Tennis, badminton oynaya bilir


Iynə saplaya bilir

Mismar və çəkicdən istifadə edə bilir


Rəsm zamanı yalnız rənglərdən deyil, onların çaılarlarından da istifadə edə bilir

Oyun zamanı öz davranışını şərh edə bilir

Tapşırıqları yerinə yetirir
19 avqust 2010
GO BACK