Qadin.NET / DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!

DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!

DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!


İnsan, tərbiyə edildiyi kimi formalaşır. Uşaqlıq dövründə insana ən yaxın kəslər olan ana və ata verdikləri şüurlu və ya şüursuz təsirlə uşaqlarının gələcək şəxsiyyətini formalaşdırır. Belə ki, uşağın qazandığı bu şəxsiyyət bütün sonrakı həyatında öz izini qoyur.
İnsan beyni 5 duyğu üzvünün köməyi ilə qəbul etdiyi bütün informasiyaları toplayır. Sonra isə şəxsi keyfiyyətlər, təcrübə, maraq və s. kimi amillərin təsiri ilə bu informasiyalar fəaliyyətə çevrilir. Bütün bunları nəzərə alaraq eyni şeyi uşaqlar üçün də demək olar. Belə ki, uşaqlarda kənardan qəbul edilən informasiyaların toplanması böyüklərlə müqayisədə daha çoxdur. Uşağa mütəmadi olaraq dəcəl demək və ya uşağı ətrafdakılara dəcəl kimi təqdim etmək də bu baxımdan təhlükəlidir.
Təkliflər...
1. Hər şeydən əvvəl dəcəlliyin mənbəyini müəyyən edin. Lazım gəlsə, bir mütəxəssisdən də kömək alın.
2. İşə uşağınızdakı mənfi hərəkətləri yox, müsbət hərəkətləri görərək başlayın. müsbət hərəkətləri mütləq mükafatlandırın.
3. "Çox dəcəlsən", "özümə başqa bir uşaq alacağam" kimi sözlərə yol verməyin.
4. Ətrafınızdakılara uşağınızı "dəcəl" kimi təqdim etməyin.
5. Uşağınıza artıq enerjidən xilas olmaq üçün imkanlar verin.
30 iyul 2010
GO BACK