Qadin.NET / Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?

Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?

Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?

Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik? 

Uşağımızdan istəklərimizin reallaşması səviyyəsinə görə onun istəklərimizə uyğun olan davranışları qazandığını, ya da qazana bilmədiyini düşünürük. Əgər istəklərimizə uyğun davranışlar ortaya çıxmamışsa, müddəti nəzərdən keçirmək lazımdır. Əlbəttə ki, bu müddət hər ailəyə, hər valideynə görə fərqli olacaqdır. Uşaqların şəxsi xüsusiyyətləri, fiziki quruluşu mütləq diqqətə alınmalıdır. Ancaq burada əhəmiyyətli olan məsələ ana-atanın uşağı sərbəst buraxması və özünün müstəqil qərar çıxara bilməsidir. 

Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?

Valideynlər uşaqlarının edə biləcəyi şeyləri özləri etməklə onların əhəmiyyətli həyat bacarıqlarının inkişafına da maneə törətmiş olurlar (qərar verə bilmə, seçim edə bilmə və s). Fərdi fərqliliklər söz mövzusu olsa da, davranış dəyişdirmək üçün tələb olunan müddətin əsas və dəyişməz elementləri vardır.

Uşağımıza əsas vərdişləri qazandırmaq və ya onda olan hansısa mənfi davranışı dəyişdirmək üçün  atacağımız addımlar bunlardır: 

Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?

1. Məlumatlandırma 

Uşağın davranışında istənən dəyişmənin reallaşa bilməsi üçün əvvəl uşağı bu dəyişmə haqqında məlumatlandırmaq, səbəbləri haqqında məlumat vermək əhəmiyyətlidir. Qaydaların niyə qoyulduğu və istəklərinizin əhəmiyyəti izah edilməlidir. Uşaqlar nə üçün bəzi işləri etmək məcburiyyətində olduqlarını başa düşərlərsə, ailəsinə kömək etməyi, dəyişməni qəbul etməyi və müstəqil davranmağı mənimsəyərlər.

 2. Nəzarət 

Məlumatlandırmadan sonra uşağa zaman vermək lazımdır. Bu müddətdə edilən nəzarət nəticəsində davranışın hansı müddətdə yarandığına diqqət yetirilməlidir.  İstəyinizi açıqladıqdan sonra uşağınızın istədiyiniz davranışda olub-olmadığına nəzarət etməlisiniz.  Nəzarət müddəti sizin bu mövzuda ciddi olmağınız baxımından əhəmiyyətlidir. Uşağın davranışlarını izləməklə ona verdiyiniz əhəmiyyəti və göstərdiyiniz diqqəti də sözsüz olaraq çatdırmış olacaqsınız. Davranışı xatırlatmaq üçün cədvəl və siyahı kimi uşağın diqqətini cəlb edəcək vizual vasitələrdən istifadə etmək faydalı ola bilər. İstədiyiniz davranış göstərildiyi zaman onu həvəsləndirmək üçün bəzi ifadələrdən istifadə etməyiniz (məsələn, "Bunu etdiyini görmək məni xoşbəxt etdi") böyük əhəmiyyət daşıyar.

Unutmayın:

Valideynlər uşağı hər addımında kölgə kimi izləməməlidirlər. Nəzarət müddətində ana-atanın səhv hərəkətləri bir çox yeni qarşıdurmaya səbəb ola bilər. Valideynin ona etibar etmədiyini hiss edən uşaqlar bəzi mənfi hərəkətlərə (əsəbi davranmaq, dəyişməyə müqavimət göstərmək və s.) yol verirlər. 

Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?

3. Qiymətləndirmə

Müəyyən müddətdən sonra gedişat haqqında məlumat vermək lazımdır. Əgər istənən davranışın sayında artım varsa, həvəsləndirici ifadələr işlətməklə onu ruhlandırmaq, əgər davranışın ortaya çıxmasında çətinliklər varsa, bu çətinliklərdən yarana biləcək səbəbləri uşaqla müzakirə etmək lazımdır. Qiymətləndirmə apararkən işlətdiyimiz ifadələr uşağın özünə inamıyla yaxından əlaqəli olduğu üçün onu ruhlandıran ifadələrdən istifadə etmək əhəmiyyətlidir (Məsələn, … etməkdə müvəffəqiyyətli olduğunu görürəm, ancaq … mövzusunda bir az daha səy göstərsən, daha yaxşı olar).

4. Xatırlatma

Əgər uşağınız arzu etdiyiniz kimi davranmırsa, yenidən xatırlatma müddəti təyin etmək lazımdır. Bu müddət davranış formalaşana qədər davam etməlidir. Yuxarıda izah edilən bu elementlər yalnız məsuliyyət qazandırma müddətinə aid deyil. Bunlar əsas vərdişlərin yaranmasında, qaydaların təyin olunmasında, qısaca, həyatımız üçün lazım olan elementlərdir. 

15 fevral 2013
GO BACK