Qadin.NET / İLK TƏRBİYƏ OCAĞI: AİLƏ

İLK TƏRBİYƏ OCAĞI: AİLƏ

Tərbiyə hamiləlik dövrü ilə başlayır, doğumdan sonra "sürətlənir", 3 yaşından sonra isə ən çətin mərhələsinə gəlib çatır. Ancaq təəssüf ki, bəzi valideynlər bu yaşda da uşaqlarının uşaq olduğunu düşünür, tərbiyə məsələsini ikinci plana keçirməyə çalışarlar. Nəticədə isə, haradasa, bərpası mümkün olmayan səhvlərə yol verirlər.[b]
İLK TƏRBİYƏ OCAĞI: AİLƏ


Valideynlərin ən böyük problemlərindən biri də uşaqlarını etibar etdikləri təhsil müəssisələridir. Üstəlik, onlar bu müəssisələrdən təkcə təhsil yox, tərbiyə də tələb edirlər. Əslində valideynlər bu tələblərində haqlıdırlar. Ancaq onlar ilk tərbiyə ocağının öz ailələri olduğunu unudurlar. Digər tərəfdən, onlar təhsil müəssisələri üçün göstərdikləri həssaslığı öz ailələri üçün göstərmirlər. Ümumiyyətlə, tərbiyə hamiləlik dövrü ilə başlayır, doğumdan sonra "sürətlənir", 3 yaşından sonra isə ən çətin mərhələsinə gəlib çatır. Ancaq təssüf ki, bəzi valideynlər bu yaşda da uşaqlarının uşaq olduğunu düşünür, tərbiyə məsələsini ikinci plana keçirməyə çalışırlar. Nəticədə isə, haradasa, bərpası mümkün olmayan səhvlərə yol verirlər. Bu isə özünü təkcə uşağın psixoloji inkişafında yox, fiziki inkişafında da göstərir. Buna görə də uşaqlarınızı (müəyyən mənada şagirdlərinizi) yetişdirərkən həssas davranmalı, hər hansı bir problemə qarşı gəlişigözəl reaksiyalar göstərməməli, lazım gəldikdə bir mütəxəssisdən məsləhət almalısınız. Üstəlik, ailə adlandırdığımız bu "ocaqda" uşaqla planlı şəkildə ünsiyyət quraraq, həm şəxsiyyətinin formalaşmasına kömək edə, həm də qabiliyyətlərinin üzə çıxmasına imkan verə bilərsiniz.
26 iyul 2010
GO BACK