Qadin.NET / UŞAĞIM ONA AİD OLMAYAN ŞEYLƏRİ EVƏ GƏTİRİR

UŞAĞIM ONA AİD OLMAYAN ŞEYLƏRİ EVƏ GƏTİRİR

UŞAĞIM ONA AİD OLMAYAN ŞEYLƏRİ EVƏ GƏTİRİR

6 yaşı tamam olan bir uşaq hələ də ona aid olmayan əşyaları və ya pulları götürürsə, artıq bunu xəstəlik ssaymaq olar və təbii ki, bu xəstəliyin müalicəyə ehtiyacı var.

Uşağımızın 6 - dan çox yaşı var, ancaq o hələ də ona aid olmayan şeyləri evə gətirir. Halbuki bu yaşda uşaqlarda mülkiyyət hissi inkişaf etmiş olur və uşaq götürdüyü şeyin ona aid olmadığını başa düşür. Əgər uşağınızda belə hallar varsa, bunun qarşısını dərhal almaq lazımdır. Əks təqdirdə problem gələcəkdə daha da böyüyə və "kleptomaniya" (oğurluq xəstəliyi) adlandırılan xəstəliyə səbəb ola bilər. Elə isə kleptomaniyanın səbəbləri nələrdir?
1. Uşaqda mülkiyyət hissinin tam inkişaf etməməsi. Uşağın ona və başqasına aid olan şeyləri ayıra bilməməsi.
2. Ata - ananın tərbiyədə yol verdiyi səhvlər (Ata - ananın ifrat avtoritar olması, xəsislik meylləri, evdə mütəmadi olaraq cəzaya və təcavüzə məruz qalma və s.).
3. Uşağa verilən xərcliyin kifayət qədər olmaması.
4. Uşağın özünü dəyərsiz hiss etməsi. Özünü dəyərsiz hiss edən uşaq oğurladığı əşyaların onu başqalarından "fərqləndirəcəyini" düşünür.
5. Bəzi uşaqlar diqqəti cəlb etmək üçün də oğurluq edə bilərlər.
6. Belə problemlərin özünə inamı olmayan uşaqlarda müşahidə edilməsi də təbiidir. O bu hərəkəti özünü ifadə vasitəsi kimi seçir və bu şəkildə ətrafdakılara "nümunə olmağa" çalışır.
7. Valideyn tərəfindən kifayət qədər sevgi və qayğının olmaması da uşağı oğurluğa sövq edə bilər. Bu şəkildə uşaq adi yolla əldə edə bilmədiyi sevgi və qayğını əldə edəcəyinə inanır. Bundan başqa, ailə daxilində problemlər də oğurluğa səbəb ola bilər.
8. Bəzən şüuraltında valideynlərə qarşı intiqam hissi olan uşaqlar da oğurluğa meyl edirlər. Belə uşaqlar valideynlərini incitməkdən gizli zövq alırlar.
9. Uşağın oğurluq edən birindən nümunə götürməsini də oğurluq səbəblərindən biri saymaq olar.
12 iyul 2010
GO BACK