Qadin.NET / ANA QUCAĞI

ANA QUCAĞI

ANA QUCAĞI


Ana haqqı-tanrı haqqı, ana qucağ- behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur.
Şəhərin ən müasir bağçalarından birinə gəlmişdi. Gənc ana yaşı yenicə tamam olmuş uşağını bu bağçaya verəcək və çoxdan arzusunda olduğu "doğma işinə" qayıdacaqdı. Qadın içəri girər - girməz müdirin otağını soruşdu. Otaq çox da uzaqda deyildi. Qapını açıb masasındakı yazılardan müdir olduğu məlum olan adama yaxınlaşdı. burada çox vaxt itirmək istəmirdi. Odur ki, birbaşa mətləbə keçdi:
- Uşağımı bu bağçaya vermək istəyirəm. Eşitdiyimə görə, burada uşağa yaxşı baxırlar.
Müdir gözlüyünü düzəldərək:
- Düz eşitmisiniz. Hər şey dediyiniz kimidir, - deyə cavab verdi.
Gənc qadın çox sevindi və sevinclə qucağındakı körpəyə baxdı. Bu vaxt müdir daxılından bir neçə sənəd çıxartdı. Sənədləri qadına uzadıb:
- Müqaviləni aylıq bağlayırıq, - dedi.
Qadın kağızları tələsik nəzərdən keçirməyə başladı. Axırıncı bəndə çatanda üzündəki ifadə dəyişd. Üzünü müdirə tutub:
- Bütün bəndləri başa düşdüm, ancaq bu son bəndi başa düşə bilmədim? - dedi.
Müdir kreslosundan qalxdı:
- Hə, bu çox mühüm bənddir. Paltarlarınızdan birini bizə verməlisiniz. Yun jaket və ya xalat da ola bilər.
- Xalat? - deyə gənc qadın təəccübləndi - O nə üçün?
Müdir böyük bir ciddiyətlə cavab veerdi:
- Yatarkən körpələri bu paltarlarla örtürük. Bu paltarlar onlara ANA QUCAĞINI əvəz edir.


ANA QUCAĞI

ANA QUCAĞI
11 iyul 2010
GO BACK