Qadin.NET / Körpələr Niyə Həmişə Gülümsəyər?

Körpələr Niyə Həmişə Gülümsəyər?

Körpələr Niyə Həmişə Gülümsəyər?

Körpələrin niyə həmişə güldüyünü maraqlanırsınızsa bu mövzuyla əlaqədar araşdırma nəticələri...



1 aylıqdan kiçik körpənin gülümsəməsi gördüyü, eşitdiyi ya da hiss etdiyi bir şeyə cavab olmaqdan çox refleks xüsusiyyəti daşıyar. Bu gülümsəmələrin ictimaiətin təsirləri ilə əlaqəsi yoxdur və əksəriyyəti yuxu əsnasında və yuxu ilə oyanma arasındakı keçişlərdə olar. Ancaq 2 aylıq olduqdan sonra körpələrin çoxu xoşbəxtlik verici ya da bir az çaşdıran kənardan olan hadisəyə cavab olaraq ilk gülümsəmələrini təqdim etməyə başlarlar. Anasının üzünü, sevdiyi bir oyuncağı ya da böyük qardaş və ya bacısının gülüşünü görmək bu ilk şüurlu gülümsəməyi yarada bilər. Körpə, yalnız 8 aylıqkən, sadə bir baxışı və gözləmə dolu bir gülümsəməsi ilə artıq güclü bir ünsiyyətçi olduğunu, ictimai dünyamıza girməyə və qatılmağa hazır olduğunu göstərər.

Dünyaya gəldiyi ilin ikinci yarısında, 8 ilə 12. aylar arasında "gözlənilən gülümsəmələr" ilə körpənin gülümsəmələri daha faydalı bir ictimai ünsiyyət vasitəsi halına gəlir. Mütəxəssislər gözlənilən gülümsəmənin bu yaşlarda inkişafının səbəbinin, inkişaf mərhələsindəki körpələrin güc və hərəkət qabiliyyətinin artması, otura bilmələri və anaları ilə qarşılıqlı oynaya bilmələri ilə əlaqəli olduğunu düşünməkdədirlər. Körpələr oynayarlar və sonra analarına baxarlar və anaları da onlara baxar və gülümsəyər. Beləcə anaları ilə oynayarkən hiss etdikləri həzz ilə analarına baxmaları və analarının gülümsəməsi ilə əlaqələndirməyə başlarlar.

Körpə bir az sonra olacaqların gözləməsində olar və başını anasına çevirmədən əvvəl gülümsəyər və sonra başını çevirər. Bunu etdiyində ananın da özünə baxacağından və gülümsəyəcəyindən gedərək daha çox əmin olar.

Bu vəziyyət, bir körpə üçün sadə ancaq son dərəcə güclü bir təcrübədir: Daxili duyğuları onun başqaları ilə ünsiyyət qurmasını təmin etməkdədir. Özü ilə başqaları və duyğular ilə davranışlar arasında bu ünsiyyətləri qurması körpənin ictimai bacarıqlarının inkişafını təmin edər.
9 iyul 2010
GO BACK