Əziz analar sizcə uşağın qucağa soldan və ya sağdan göturməyin hər hansı bir əhəmiyyəti var?
İsveç pisixiatoru Lenart Boqren belə hesab edir ki,südəmər uşağın hansı tərəfdən qucağa götürülməsi onun inkişafına böyük təsir göstərir.Əgər ana uşağı sol tərəfdən qucağa götürmüşsə,deməli hər şey qaydasındadır,yox əgər sağ tərəfdən qucağına almışsa,deməli bunun ziyanı ola bilər.Alim deyir:"Xoşbəxtlikdən anaların əksəriyyəti uşağı necə qucağa götürməyi yaxşı bilirlər".Yeri gəlmişkən sol tərəfdən qucağa götürən qadınların çoxu bunun nə ilə əlaqədar olduğunu izah edə bilmirlər.Bir sıra taninmış mütəxəsislərin fikrincə,bu instinktiv hərəkətin səbəbi odur ki,körpə ana ürəyinin döyüntülərini eşidir və özünü daha yaxşı hiss edir:sol tərəfdən qucağa götürülmüş uşaqlar az ağlayır,tez kökəlir,başqa uşaqlara nisbətən daha tez inkişaf edirlər.Başqa sözlə onlar bir yaşında həkim köməyinə daha az ehtiyac duyurlar.Boqren daha bir neçə maraqlı nəticəyə gəlmişdir. Onun fikrincə əksər halda uşağı sağ tərəfdən qucağına alan anaların çoxu doğuş zamanı qorxu hissi keçirmiş,çətinliklə doğmuş və ya uşağı doğmağı arzulamamışlar.Buna görədə onlarla doğma övladları arasında fiziki kontakt zəifdir.