Bir şirni yeməsinə izacə verilmədiği üçün qəfildən özünü yerə atıb,bütün gücü ilə bağıraraq ağlayan və ayaqlarını yerə döyərək yuvarlanmağa başlayan uşaq düşünün.
Belə hallarda çoxlarımızın ağlından keçən ilk fikir onu sakitləşdirməyə çalışmaq,hətta bəlkə bir ədəd daha şirni almağa icazə vermək olur.Yerdə yuvarlanan,bağıra-çağıra ağlayan bir uşaq fikri hər kəsin gözündə qorxunc bir mənzərəni canlandırır.Ancaq uşaqların belə reaksiyalarının altında nələr yatdığını bəzən valideynlər yanlış anlayırlar.
Uşaqların belə şəkildə hirs nümayiş etdirmələri ilə əslində,valideynlərini öz iradələrinə boyun əydirməkdən başqa bir şey deyildir.Bunu bir çıxış yolu kimi istifadə edən "hirsli uşaqlar" davranışları ilə ailələrini həyəcanlandıra biləcəklərini və istəklərinin yerinə yetəcəyini bilirlər.
Bu tərz "hirsli nümayişlər" uşağın "əla tamaşaçıları" olan ana və atalarının qarşısında oynadığı oyundur.Uşaq bu səhnəyi həqiqətən də oynamaqdadır.Heç bir aktyor tamaşaçısız oynamaq istəməz.Bu halda uşaq ancaq tamaşaçısız buraxılarsa oyun sona çata bilər.Ana-atalar bu kimi hallarda sakitcə uşağı seyr etməkdən vaz keçər və oradan uzaqlaşarsa, uşaq bir müddət ağlamağa davam etdikdən sonra sakitləşəcəkdir.Ola bilər ki, uşaqların "hirslənmə taktikası" bir neçə dəfə təkrarlana da bilər.Valideynlər tamaşaçı olmaqdan vaz keçməkdə davam edərlərsə,uşağın belə reaksiya forması unudulacaqdır.Beləliklə uşaq da görəcəkdir ki,etirazlara qarşı bu cür reaksiya verməsi, istəklərinin həyata keçməsi üçün heç bir işə yaramayacaqdır.
Sizlərə uşaqlarınızdan daha ağıllı və problemsiz valideyn olmağı arzu edirəm!