Qabiliyyət nədir? Qabiliyyət sözünün lüğəti mənasını araşdırdığımızda qarşımıza belə bir tərif çıxır. "Qabiliyyət: Bir vəziyyətə uyğun olaraq, orqanizmdə olan, doğuşdan gələn güc və istedaddır." Bu tərifə görə qabiliyyət doğuşdan gəlir. Yəni çox istəsəniz də səs qabiliyyətiniz yoxsa yaxşı bir səs sənətçisi ola bilməzsiniz. Çox çalışsanız belə bir sahədə qabiliyyətiniz yoxsa müvəffəqiyyət qazana bilməzsəniz. O zaman qabiliyyəti olmayan insanlar müvəffəqiyyətsizmı olacaq? Xeyr! Hər kəsin bir və birdən çox qabiliyyəti mütləq vardır amma bu qabiliyyətin fərqində olmaq lazımdır.
Bax elə qabiliyyətin ən səhv bilinən tərəfi tam da bu nöqtədə ortaya çıxır. Qabiliyyəti qabiliyyət sahibi deyil, onun ailəsi təyin etməlidir.
Məsələn, çox yaxşı bir şəkil çəkmə qabiliyyəti olan bir uşağın ailəsi bu qabiliyyətini görə bilmir və uşağın da babası kimi riyaziyyat müəllimi olmasını istəyirlər. Bu uşağı ibtidai sinifdən etibarən əlavə riyaziyyat dərsləri keçilir və heç xoşlanmadığı halda liseydə də riyaziyyat dərsi alır. Sonra universitet imtahanında ailəsini ümüdlərini puç edərək adı heç tanınmayan bir Universitetin riyaziyyat fakultəsinə girir. Bu sahə üzrə həvəsi olmadığından heç nə oxumur və nətəcədə ya Universitetdən qovulur ya da savadsız müəllim olduğu üçün işləyə bilmir. Ailəsi bu gəncə çox hirslənir və bütün imkanlarını ona verdikləri halda, müvəffəqiyyətsiz olduğunu deyərək, həmən gənci müvəffəqiyyətsiz bir fərd halına gətirirlər.
İki halda da qabiliyyətin hiss edilib-edilməməsi həyati əhəmiyyət daşıyır. Bu vəziyyət insanın müvəffəqiyyətsiz və ya müvəffəqiyyətli olmasına gətirib çıxarır.
Hal-hazırda müvəffəqiyyətsiz mövqedə olan və heç cür istədikləri uğuru tapmayan kəslər, səhv qabiliyyət yolunun qurbanı ola bilərlər. Həyatımızdakı çox xarici faktorun təzyiqi altında qabiliyyətlər çox vaxt gizli qala bilir. Buna görə uşaqlıq və gənclik illərindəki istiqamətləndirmələr çox əhəmiyyətlidir.
Mənim uşaqlığım və ya gəncliyim keçdi, bu yaşdan sonra özümü kəşf edə və istiqamətləndirə bilmərəm deyə bilərsiniz. Amma bu heç də belə deyil. İnsan həyatının hər mərhələsində qabiliyyətini tapa bilər. Yetər ki özünü dinləməyi və qabiliyyətlərinin hiss etməyi öyrənə bilin.
Bunun üçün bir az düşünün. Həyatınızın bundan sonrakı hissəsində əslində nə etmək istəyirsiniz? Nə etmək istədiyinizi tapa bilsəniz qabiliyyətiniz də sizə özünü göstərəcək və müvəffəqiyyətə gedən yola doğru gedəcəksiniz.
Analar-atalar əsas çağırışım sizədir, gəlin övladlarımızın qabiliyyətlərini hiss edək, hətta onların 1-2 yaşlarından dinləməyi başlayaqki, onların bacarıqlarını, istedadlarını, qabiliyyətini görə bilək. Görə bilək ki, sabah onların gələcəklərini puç etməyək...