Qadin.NET / Uşaqların təhsilində bağçaların rolu – sosial adaptasiya

Uşaqların təhsilində bağçaların rolu – sosial adaptasiya

 Uşaqların təhsili, məktəblə əlaqələri, uşaqların sosial adaptasiyası
Uşaqların təhsili.
Uşaqlar məktəb yaşlarında həm sosial, həm də psixoloji cəhətdən fərqli şəkildə inkişaf edirlər. Amerikanın VKV xəstəxanasının Pediatriya şöbəsinin professoru Guzide Soyak uşaqların təhsilində valideynlərin və bağçaların mövqeyindən danışıb. Türk mətbuatına müsahibə verən Soyak, valideyn-uşaq münasibətinə aid maraqlı məlumatlar paylaşıb.

Uşağın təhsilində bağça, yoxsa ana xüsusi rol oynayır?
Uşağın inam duyğusunun formalaşmasında ana ilə münasibət çox böyük rol oynayır. Ana, uşağın təməl ehtiyaclarını qarşılayan, uşağın inandığı biridir. Əgər uşağın anası ilə münasibəti normaldırsa, onda uşağın sosial adaptasiyası, bağçaya öyrəşməsi və təhsil sistemini qəbul etməsi də asanlaşır. Ehtiyacları qarşılanan, hörmət edilən və düzgün davranılan uşağın özünə aid fikirləri müsbət yöndə formalaşır. Məktəbə qədər hazırlıq kursları, bağçalar və s. bu kimi təşkilatlar uşaqların tanıdığı ilk böyük sosial məkandır. Onlar burda maraq dairələrini və bacarıqlarını kəşf edirlər. Həmçinin bu vaxt sosial çərçivələri, davranış qaydalarını da öyrənirlər. İlk dəfə analarından başqa bir qadın onlara bir şey öyrədəcək, təməl ehtiyaclarını qarşılayacaq. Qavrama bacarıqları inkişaf edərkən onlar həm də fiziki, sosial və psixoloji cəhətdən də yetişmiş olacaqlar.

Uşaqların vərdişləri


Uşaqların hansı yaş dövründə hansı vərdişlərə yiyələnməli olduğunu bilmək lazımdır. Vaxtında qazanılmayan bu vərdişlər vaxt keçdikcə məsuliyyətdən qaçan uşaq tablosunu ortaya çıxarır. Uşağa zorla nəsə etdirmək olmaz. Bu, ana-uşaq münasibətini korlayır və bağlılıq hissini savaşa çevrilir.
Neçə yaşında bağçaya getməli?
2 yaşdan sonra anaların da iştirak edəcəyi bağça dərslərinə başlamaq olar. Həmçinin bu, oyun qruplarına bölünərək 2-3 yaşa qədər uşaqlarla oynanılan və 2 saatdan çox çəkməyən dərslər olmalıdır. Həftənin 1-2 günü bu, təkrarlana bilər. Uşaq adaptasiya olduqdan sonra yavaş-yavaş anadan ayrılmalıdır. 3 yaşdan sonra isə hər gün 3 saat bağçada ola bilərlər. Uşağın adaptasiyasına uyğun olaraq müddət artırıla bilər.

Uşağın sosial və psixoloji adaptasiyasında bağçanın rolu
Bağçada uşaqlara sosial qəbullanma və davranış qaydaları öyrədilir. Birlikdə hansısa bir iş görə bilmə bacarıqları inkşaf edir. Dostları ilə yemək yeyəndə, oyun oynayanda paylaşmağı və onlarla birlikdə hərəkət etməyi öyrədilir. Bacarıqları inkişaf edən uşaq özünü kəşf edir. Digər uşaqlarla arasındakı fərqi görür. Rəqabət hissi güclənir. Dəcəl və ərköyün davranlışları qəbul edilmədiyi üçün daha fərqli davranmağa və məsuliyyətdən qaçmamağa başlayır.

6 oktyabr 2020
GO BACK