Qadin.NET / Uşaqlara məktəbi və dərsləri necə sevdirməliyik?

Uşaqlara məktəbi və dərsləri necə sevdirməliyik?

1. Məktəb haqqında məlumat verin
Məktəbin ilk günü övladınızı bir az əvvəl yuxudan oyandıra və ailə olaraq səhər yeməyi yeyə bilərsiniz ki, yeni təhsil dövrünün ilk gününə motivasiyaya başlasın. Səhər yeməyi zamanı uşağınızın məktəb haqqında düşüncələrindən danışaraq narahatlığını aradan qaldırmaq olar. Məktəb haqqında məlumat verərək və yeni dostlarının olacağını söyləyərək məktəbə həvəsini artıra bilərsiniz.

2. Onu məktəbə aparanda əsəbi olmayın
Valideynlər övladlarını məktəbə aparanda narahat ola bilərlər. Ancaq bunu heç vaxt uşağınıza əks etdirməməlisən. Bu, onun daha çox narahat olmasına səbəb olacaqdır. Uşağınız məktəbi sevmək üçün özünü təhlükəsiz hiss etməlidir. Əsəbi olduğunuz zaman uşağınız da təsirlənəcək və məktəbə meylli olmayacaq.

3. Onu motivasiya edin
Övladınızı oxumağa həvəsləndirə və mükafatlandıra bilərsiniz. Həftəlik cədvəlinə uyğun gəldiyi müddətdə, onu seçdiyi və ya müəyyənləşdirdiyi bir şeylə sevindirə bilərsiniz. Mükafat sistemi övladınızın təhsil almağa həvəsli olmasını təmin edəcəkdir. Ancaq cədvələ əməl etmədiyi təqdirdə uşağınızı cəzalandırmaq doğru deyil. Bunun əvəzinə, onu başa salın.

2 sentyabr 2020
GO BACK