Qadin.NET / Uşağa nece xeyr demək olar

Uşağa nece xeyr demək olar

Uşağa nece xeyr demək olar

Uşağa nece xeyr demək olar



Xeyr. Sıx istifadə edilən, ağızdan asanca çıxan bir söz. Ümumiyyətlə ana atalar uşaqlarına qarşı çox sıx istifadə edərlər bu sözü; təbii uşaqlar da valideynlərinə qarşı. Bu vəziyyət 2-3 yaş uşaqlarında daha sıx görülər, çünki o yaş uşaqları istəklərinə görə hərəkət edirlər. Bəzən ailələr heç düşünmədən və ya o andakı şərtlərdən ötəri bəli deyərlər. Bəli cavabını almaga alışan uşaq irəlidə xeyr deyildiyi zaman qəbul edə bilməz və vəziyyət daha da çətinləşər. Yaxşı o zaman necə xeyr deməli uşağınızı qırmadan, incitmədən, həddi açmadan və məntiq çərçivəsində? Həm müsbət mesaj verərək, həm də xətrinə dəymədən xeyr demək bu qədər çətinmi? Əslində aşağıdakılara əməl edilsə xeyr demək elə də çətin deyil.

1. TARAZLIĞI QORUYUN: Əgər bir uşaq çox nadir xeyr cavabını almışsə, bu xeyrlər onu incidə bilər və sizdən gözlədiklərinə görə xəyal qırıqlığına uğrada bilər.Eləcədə bir uşaq həyatında çox sıx xeyr cavabını almışsə bu xeyrlərin təsiri qalmaz və bildiyini etməyə davam edər. Əhəmiyyətli olan tarazlığı qoruya bilməkdir. Bir də bu tarazlıq ailə üzvləri arasında olmalıdır. Uşaqlar çox ağıllılardır. Qısa zamanda kimin xeyr deyən ailə üzvü, kimin bəli deyən ailə üzvü olduğunu başa düşər və ona görə hərəkət edərlər. Burada əhəmiyyətli olan ana və atanın bir məsələdə eyni cavabı verə bilməsidir.

2. XEYR DEYƏRKƏN ALTERNATİVLƏR TƏQDİM EDİN: Ümumiyyətlə 2-3 yaş arası uşaqlarda ailələr xeyr demək mövzusunda daha çox çətinlik çəkərlər çünki, o yaş mərhələsində uşaqlar ağıllarına gələni o an etmək istəyərlər. Bunun üçündə ailələrin yaxşı bir müşahidəçi olması lazımdır. Məsələn uşağınız evdə hər şeyin üstünə (masa, divan və s.) dırmaşır və belə edərək özünü təhlükəyə soxur. Ailə bunu doğru zamanda fərq etsə əgər, uşağa xeyr demək əvəzinə onu oyun parkına apara bilər. Evdə təcrid şəkildə yaşaması, etmə etmə deyilməsi uşağı daha çox narahat edə bilər. Belə vəziyyətlərdə uşağınızı oyun parkına apara bilərsiniz,sizin nəzarətiniz altında digər uşaqlarla oynamasına icazə verə bilər və ya oyuncaq vedrə dəstənizi alıb qum hovuzunda birlikdə oynaya bilərsiniz. Beləliklə həm uşağınız vaxtını maraqlı keçirə, həm də sizinlə birlikdə zaman keçirmiş olar.

3. BİR BAXIŞ BƏZƏN: Gözlər çox şey izah edər və mesajlarını öz içində verər. Bəzən sözlərə gərək olmadan gözlərlə qarşımızdakının bizi təsdiqləyib təsdiqləmədiyini anlarıq. Bu uşaqlar üçün də etibarlıdır, yenə də yalnız təsdiq vermədiyinizi ifadə edən bir baxış uşağınızın səhvini başa düşməsinə və ya uşağınızın geri çəkilib heç bir şey etməməsinəsəbəb ola bilər.Uşağınız geri addım atdıqdan sonra da eyni baxışla qalsanız, uəaq davranışının deyil özünün problem olduğunu düşünə bilər. Təsdiqləməyən baxışınızdan sonra kiçik bir təbəssüm, sarılma və niyə təsdiqləmədiyinizi qısaca şərh etsəniz faydalı olacaq. Beləcə uşaq davranışın nəticələrini və başqalarına olan zərərlərini də düşünə bilər.

4. MÜSBƏTMİ MƏNFİMİ? Uşaqlarla danışdığınız zaman mənfiləri müsbətlərlə dəyişdirdiyiniz zaman uşağınız bunu daha yaxşı bir şəkildə qəbul edər. Uşağınıza "Bunu edə bilməzsən amma bunu edə bilərsən" şəklində deyə bilərsiniz. Vazla oynaya bilməzsən, lakin bu oyuncaqla oynaya bilərsən kimi... Buradakı cavablar sizin yaradıcılığınıza qalmış. Uşağınızın doğru seçəcəklərini təqdim etsəniz; etməməsi lazım olanı etməyəcək.

Xeyr demək asandır, amma əhəmiyyətli olan zamanında və təsirli xeyr deyə bilməkdir. Çox xeyr deyib xeyrin mənasını itirməməli və ya çox nadir xeyr deyib uşağı xəyal qırıqlığına uğratmamalı. Zamanında təsirli bir xeyr deyə bilsəniz uşağınızın doğru inkişafına kömək etmiş olarsız.


Eləcə də baxa bilərsiniz:

Uşaqlarınıza yaxşı dinləyici olmaq üçün...

Uşaqlar çox sual verirlərsə?

Uşaqlarınızı daha yaxından tanımaq

16 iyun 2010
GO BACK