Planlı yaşamağı öyrədin
Uşaqların həyatda uğurlu fərd olması üçün onlara planlı yaşamağı öyrətməlisiniz. Qeyd dəftərçəsi tutmağı və ya qeydlər götürmək üçün bəzi üsulları uşaqlarınıza aşılamalısınız. Bunun sayəsində övladınız məsluyyəti hiss edib, vəzifələrini biləcək.
Araşdırmalarına dəstək olun
Texnologiya dövrünü yaxşı dəyərləndirməli və övladınızı şüurlu formada istiqamətləndirməyi bacarmalısınız. Uşaqların maraq dairəsində olan mövzular haqqında birlikdə araşdırma aparmağı göz ardı etməməlisiniz. Beləliklə, övladınızın biliyi artacaq. Birlikdə keçirdiyiniz vaxt daha məhsuldar olacaq.
Uğursuzluğa düçar olanda yanında olun
Uşaqlarınızın həyatda uğur qazanması üçün bir çox səhv etməli və bu səhvlərdən dərs çıxarmalıdır. Uğursuzluqdan dərs çıxarması üçün övladınıza dəstək olmalısınız. Onu uğuruna görə təbrik etməklə yanaşı, uğursuzluqla üzləşdikdə yanında olub təsəlli etməlisiniz.