Qadin.NET / Uşaqlara diş fırçalama vərdişini necə qazandırmalıyıq?

Uşaqlara diş fırçalama vərdişini necə qazandırmalıyıq?


Uşağın ilk məsuliyyəti, tək yemək olmalıdır. Özü yemək yeməyi öyrənən uşaqlar dəstəklənməli və məsuliyyət hissinin təməlləri atılmalıdır. Özünəinamı formalaşan uşaqda məsuliyyət hissi də inkişaf etməyə başlayır. Övladına məsuliyyət aşılamaq istəyən valideyn ilk əvvəl mövzu haqqında açıqlama verməlidir. 

Məsələn, dişlərini fırçalama ilə bağlı məsuliyyət hissi yaratmaq istəyirsinizsə, ilk olaraq uşağın yaşına uyğun hekayələr danışılmalı, oyuncaqlarla diş fırçalama öyrədilməlidir. Hekayələrdən savayı, valideynlər uşağa nümunə olmalıdır.

Yəni sadəcə; "Get, dişlərini fırçala" deyən valideyn qarşısında uşaq, qalxıb dişlərini fırçalamaq istəməz. Sizin etdiyinizi görmədən bunu etməyəcək.

Hər diş fırçalama zamanı valideynlərin; " Gəl dişlərimizi fırçalayaq!" deyərək, şən danışıqla onu bu işi etməyə həvəsləndirə bilərsiniz. Bunu vərdişə çevirənə qədər etməlisiniz.

Vərdişlər ən az 6 həftədə formalaşmağa başlayar. Valideynlər səbrli olmalıdır. Uşağa mükəmməliyyətçi yanaşıb, durmadan səhvlərini düzəltmək düzgün deyil. Nümunə olaraq, birlikdə səhvlərini düzəltmək daha düzgündür.



26 iyul 2020
GO BACK