Qadin.NET / Uşaqlarla düzgün və təsirli ünsiyyət

Uşaqlarla düzgün və təsirli ünsiyyət


Ünsiyyətin əsasları həyatın ilk illərində qoyulur. Bu dövrdə uşaqların sosial ətrafının ailəsi olduğu üçün valideynləri ilə qurduğu ünsiyyət böyük məna kəsb edir. Uşaqlar insan olaraq ilk illərdə problemlərlə başa çıxmağı, qəbullənməyi və həll tapmağı öyrənirlər.

Ətraflarındakı fərdlərə qarşı davranışlarını, münasibətlərini valideynlərdən və müəllimlərdən öyrəndikləri təcrübələr əsasında formalaşır. Valideynlərin ruhi halları uşaqların münasibətlərinə təsir edir. Uşaqlarda sağlam ünsiyyətin yaranması üçün ailə fərdləri bir-birilərinə qarşı hörmətlə yanaşmalı və dəyər verməlidilər.

Unutmayın ki, uşaqlar da fərddir və onların ailənin içində var olmalıdır. Ailə içində qərar qəbul edilərkən, uşaqların da fikirləri nəzərə alınmalıdır. Beləliklə, uşaqlar ailə içində yerini formalaşdırmağa başlayacaq. Uşağın ailədə yerini formalaşdırmaq üçün onunla daima ünsiyyət qurmalısınız. Ən vacib faktor göz təması qurmaqdır.

Uşaqlarla ünsiyyət qurarkən onların fərdi xüsusiyyətlərinə, cinsiyyətlərinə diqqət etmək lazımdır. Uşaqların başa düşə biləcəyi formada ünsiyyət qurun. Təsirli ünsiyyət üçün ən vacib faktorlardan biri də göz təması qura bilməkdir. Bunun nəticəsində uşaqlar valideynləri ilə paylaşım edirlər, bu paylaşım uşaqların özünü reallaşdırmasına kömək edir.

18 iyul 2020
GO BACK