1. Evi havalandırmalı
Gigiyenanı təmin etməyin ən əsas yolu evi havalandırmaqdır. Qapalı məkanlarda mikrobların çoxalması artır. Gündəlik olaraq otaqların havasını dəyişin. Təmiz hava uşaqların sağlamlığı üçün olduqca faydalıdır.
2. Tozlara diqqət
Evə hər yerdən toz girə bilər, toz xəstəliyə səbəb ola bilər. Tozlar davamlı təmizlənməlidir. Toz alergik xəstəliklərə səbəb ola bilir.
3. Yerlər hər gün silinməli
Evin içində ən çox təmas etdiyimiz yer döşəmədir. Xüsusilə, evdə körpə varsa, oyun oynayarkən döşəmə ilə çox təmasda olur. Bu səbəbdən yerlər antibakterial məhsullarla təmizlənməlidir.
4. Təbii təmizlik məhsullarına üstünlük verilməli
Təmizlik məhsullarının içində olan kimyəvi maddələr, uzun müddətli istifadə üçün faydalı deyil. Xüsusilə, uşaqlı evlərdə təbii təmizlik üsullarına üstünlük verilməlidir. Limon, sirkə və duzla hazırlaya biləcəyiniz təmizli məhsulları daha məqsədə uyğundur.