İsti-soyuq
Hər uşağın sevdiyi və birlikdə evdə oynaya biləcəyiniz oyundur. Evin gizli nöqtəsində gizlədilmiş əşyanı tapmalısınız. Əşyanı gizlədən şəxsdən başqa hamı əşyanı axtarmağa başlayar. Əşyanı gizlədən əşyaya yaxınlaşdıqca "isti", uzaqlaşdıqca " soyuq" kimi köməklik edər.
Səssiz film
Ən az 2 nəfərlə oynamaq olar. Bir film seçib qarşılarındakı danışmadan izaq etməsini istəyirlər. Bünün üçün müəyyən vaxt verirlər. Filmin adında neçə kəlimə olduğunu barmağı ilə göstərib, mimiklərlə izah etməyə çalışmalıdılar.
Ad/şəhər
Oynamaq üçün kağız qələmə ehtiyac var. Kağıza sütunlar çəkib; ad, heyvan, bitki, şəhər, sənətkar, ölkə kimi bölmələr ayrılır. Hamı sıra ilə bir hərf deyir, hamı o hərflə başlayan ad, heyvan və hansı bölmələr varsa, onları doldurmalıdır. İlk bitirən oyunu dayandırır. Sonra başqa hərf seçilir. Hər sözə görə xal yazılır.