Qadin.NET / Tereza Anadan uşaq tərbiyəsi ilə bağlı tövsiyələr

Tereza Anadan uşaq tərbiyəsi ilə bağlı tövsiyələr

 

Əsl adı Aqnes Qonca Boyaçı olan katolik rahibə, “Şəfqət” ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ana katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilən tarixi şəxsiyyətdir.

 

Həyatı boyunca dünyada çox sayda xeyirxah və əhəmiyyətli işlər görüb, müxtəlif mükafatlara sahib olan bu müqəddəs qadının uşaqlara sevgi və mərhəmət hissi xüsusilə seçilirdi.

Tereza Anadan uşaq tərbiyəsi ilə bağlı tövsiyələr

Tereza Ananın valideynləri müdrik, xeyirxah və vicdanlı övlad yetişdirmələrinə kömək etmək üçün hazırladığı doqquz vacib məsləhətlə tanış edirik:

 

1. Uşaqlarla söhbətlərinizə diqqət edin

 

Valideynlər uşağa laqeydcəsinə ünvanlandığı “axmaq”, “vecsiz”, “tənbəl” kimi ifadələrlə onları məhv edir. Bu sözlərə boyun əyən uşaqlar bir müddət sonra həqiqətən də tənbəl və bacarıqsız olur.

 

2. Uşaqları qorxutmağa ehtiyac yoxdur

 

Övladlarınızı canavar, it və polislə qorxutmayın. Bu, onları daha ağıllı və xeyirxah etməyəcək.

 

3. Nümunə olun

 

Uşaqlarınız üçün nümunəvi olun. Onlar təlimat və qeydləri sevmirlər, uşaqlar davranışlarınızdan nəticə çıxarmaq istəyir, sözlərdən yox.

Tereza Anadan uşaq tərbiyəsi ilə bağlı tövsiyələr

4. Uşaqlarınızın qarşısında ruhdan düşməyin!

 

Hər halda övladlarınızın gözündə ən yaxşısını etməyə çalışın. Zəif və çatışmayan cəhətlərinizi nümayiş etdirməyin. Valideynlər övladlarına zəif tərəflərini göstərəndə, uşaqlar narahat olmağa və yönlərini itirməyə başlayır, nəticədə sizə güvən hissi qalmayacaq.

 

5. Valideyn səlahiyyəti və dəstəyi

 

Özünü zəif hiss edən uşaq istəyir ki, üzərində dəyişməz səlahiyyətə sahib olan və onu qoruyan şəxs olsun. Onlar valideynlərindən fiziki və psixoloji dəstək tələb edir. Əgər evdə daim mübahisə edir, lənətləyir və danlayırsınızsa, uşağın tərbiyəli olmasını necə gözləmək olar? Bu, ailədə və cəmiyyətdə baş verən bir çox faciələrin səbəbkarıdır.

 

6. Uşaqları döyməyin

 

Uşağı döymək yaxşı xüsusiyyət deyil. Bəzi hallarda, həqiqətən də buna layiqdirsə, bir yumruq ona zərər verməz, amma diqqətli olun! Əsəbi halda uşağı nahaq yerə cəzalandırmayın. Onun yaddaşında ədalət deyil, nifrət və kin təəssüratı buraxacaqsınız. Ədalətli davranmalısınız ki, uşaq ona cəza veriləndə buna həqiqətən də layiq olduğunu hiss etsin.

 

8. Qəzəb və təcavüzə yol verməyin

 

Uşağı cəzalandırmaq məcburiyyətində qalsanız belə, baxışlarınız qəzəb və ya düşmənçiliyi ifadə etməməlidir: o həm yumruq, həm də zərbəni tez unudacaq, ancaq nifrət və qəzəblə dolu baxışlarınızı heç vaxt yaddan çıxarmayacaq. Verdiyiniz cəza səbrinizin daşdığını deyil, uşağın öz xeyri üçün riayət edilməsi qaydalar olduğunu açıqlamaq arzusu ilə özünü göstərməlidir.

 

9. Uşaqla aranızda inam atmosferi yaradın

 

Uşaqlar valideynlərinə sonsuz etibar etməli və onlara itaət etməlidirlər. Bu, dostluq və sevgi mühitində övlad böyütməyin əsas qaydalarından biridir.

 

Aytən Məftun(publika.az)

29 fevral 2020
GO BACK