Övladınızın yaradıcılığını inkişaf etdirin
Yemək bişirərkən bir çox fərqli qidanı qarışdırın. Uşağınıza hansı qidaya hansı ədviyyatın uyğun olduğunu, ya da hansı tərəvəzin hansı yağ ilə bişirilməsi lazım olduğunu öyrədə bilərsiniz. Onların fikirlərini öyrənib, bərabər yeni və əyləncəli reseptlər yarada bilərsiniz. Bərabər marketə gedə bilər, istədiyiniz ərzaqları aldıqdan sonra, qalanını onun yaradıcılığına buraxın.
Uşağınızın fiziki inkişafını dəstəkləyin
Yemək bişirəndə uşağınıza verə biləcəyiniz kiçik işlər, uşağınızı əl bacarıqlarını və fiziki inkişafını dəstəkləyir. Qarışdırma, çırpa kimi işləri uşağınızın etməsinə icazə verə bilərsiniz və ya sadəcə qaşığı saxlaması üçün onu dəstəkləyə bilərsiniz. Verəcəyiniz işlərin uşağınızın yaşına uyğun olub, olmamasına diqqət etdiyiniz müddətdə heç bir problem yoxdur.
Övladınızla aranızdakı bağları gücləndirin