Qadin.NET / Valideynlərin uşaq tərbiyəsində yol verdiyi xətalar

Valideynlərin uşaq tərbiyəsində yol verdiyi xətalar

 

1. Başqalarının yanında uşaqları cəzalandırmaq 

Valideynlərin uşaq tərbiyəsində yol verdiyi xətalar

Bəzən ana və atalar əsəbləşir, qışqırır və hətta uşaqları başqalarının yanında cəzalandırırlar. Belə vəziyyətdə digərlərini düşünmürlər. Amma uşaqar əslində ətrafdakı insanların  düşüncələrinə əhəmiyyət verirlər. Başqa birinin yanında uşaqları cəzalandırmaq onların özünə inamını zədələyir.

 

2. Öz valideynlərinin etdiyi səhvləri təkrarlamaq

 

 

Uşaqlıq dövrümüzdə yaşadığımız şeylər necə bir valideyn olacağımız haqqında bizə məlumat verir, çünki uşaq olarkən yaşadıqlarımız bizdə iz buraxır. Ancaq bu, ana və atalarımızın etdiyi səhvləri təkrarlamaq məcburiyyətində olduğumuz mənasına gəlmir. Valideyinlərimizin etdiyi səhvlərdən dərs çıxartmaq uşaqlarımızın inkişafı üçün olduqca əhəmiyyətlidir.

 

3. Övladınızla kifayət qədər maraqlanmamaq 

Valideynlərin uşaq tərbiyəsində yol verdiyi xətalar

Sevginizi çox göstərməyə bilərsiniz. Amma məsələ uşaqlarınız olduğunda bu mövzuda həssas davranmalısınız. Uşaqlar sevgi istəyir. Onlardan sevginizi almağınız, duyğusal olaraq ailədən təcrid halına gələr bilər. Onların duyğularını və fikirlərini dinləmədiyiniz halda və ya laqeyd olduğunuzda uşaqlarınızın da digər insanlara eyni şəkildə davranması qaçınılmazdır. 

 

4. Sağlamlığa zərərli vərdişlər

Valideynlərin uşaq tərbiyəsində yol verdiyi xətalar

Valideyinlər uşaqları üçün ilk nümunədirlər. Valideynlərin qidalanma vərdişləri ilə uşaqların gələcəkdə artıq çəkidən əziyyət çəkmə ehtimalları arasında güclü bağ var. Sağlam bir həyat tərzinə sahib olmağa çalışan valideynlərin uşaqlarının artıq çəkili olma riski, digərlərinə görə yüzdə 75 %-dən daha aşağıdır. 


19 fevral 2020
GO BACK