Qadin.NET / Valideynlərə vacib tövsiyə

Valideynlərə vacib tövsiyə

 

Amerikalı pediatr Benjamin Spok hələ uzun müddət valideynlərə bələdçilik edə biləcək “Uşaq və ona qulluq” kitabının müəllifidir. Bu, dünyada uşaq sağlamlığına dair ən çox satılan kitablardan biridir. Verilən tövsiyələr arasında gülünc məsləhətlər olsa da, onların əksəriyyəti istənilən dövr üçün uyğundur.

 

1946-cı ildə nəşr edilmiş və ABŞ tarixində bestsellerə çevrilən “Uşaq və ona qulluq” kitabının müəllifini “Siz düşündüyünüzdən daha çox bilirsiniz” çağırışı məşhurlaşdırıb. Spok ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyaclarının qavranılması məqsədilə psixoanalizi öyrənən ilk pediatr olub. Onun uşaqlara qayğı haqda ideyaları bir neçə nəslə övladlarına qarşı münasibətlərdə daha möhkəm və nəzakətli davranmalarına, onlarla şəxsiyyət kimi rəftar etmələrinə çox böyük təsir göstərib.

 

Valideynlərə vacib tövsiyə

 

Tərbiyənin nəticəsi şiddət və ya mülayimlik dərəcəsindən deyil, uşağa olan hisslərinizdən və ona aşıladığınız həyat prinsiplərindən asılıdır.

 

Sevginizi göstərməkdən qorxmayın. Sevildiyini və mehribanlığı hiss etmək hər bir uşaq üçün vacibdir. Körpənizə sığal çəkməkdən qorxmayın, birlikdə əylənin və beşiyi yelləyin, ona qulluq edin. Bir uşağa yalnız məhəbbət, qayğı, sevgi və dürüstlüyü öyrədərək yaxşı nəticə əldə edə bilərsiniz.

 

Valideynlər özlərini bütünlüklə uşaqlarına həsr edərsə, başqaları, hətta bir-biri üçün maraqsız olmağa başlayacaq. Müəyyən mənada ilk hamiləlik qayğısız gəncliyin bitdiyini bildirir. Qadın başa düşür ki, ilk övladı doğulduqdan sonra əyləncələrin sayı məhdudlaşacaq.

 

Valideynlər səbirsiz davrandığı üçün uşaqlardan biri qarşısında özünü günahkar hiss edərsə, bu, onlarla münasibətlərin daha da ağırlaşmasına səbəb olacaq. Uşaq üçün ona qəzəblənməyinizdən daha çox günah hissini daşımaq çətin olacaq.

 

Təəccüblü deyil ki, bəzən kişi xanımına və uşağına qarşı qarışıq hisslər bəsləyir: həm həyat yoldaşının hamiləlik dövründə, həm doğuşda, həm də yeni doğulmuş uşağı ilə birlikdə evə qayıtdıqda. Ancaq ər özünə tez-tez xatırlatmalıdır ki, həyat yoldaşına ondan daha ağırdır.

 

Valideynlərə vacib tövsiyə

 

Uşaqlıq travmaları olan, sərt cəzalar alan ana və atalar var. Müvafiq olaraq daxilən özünə inamsız insanlar tərəfindən yetişdirilən uşaqlar adətən tənqidlərə qarşı dözümsüzlük və daim azadlığını sübut etmək cəhdləri ilə özünü biruzə verir.

 

Övladınızı olduğu kimi sevin. Bu tövsiyəni ən praktik səbəblərə görə verirəm. Fakt budur ki, olduğu kimi sevilən və hörmət edilən uşaq özünəinamlı və həyat eşqiylə böyüyür.

 

Anasından ayrılmaqdan qorxan bir uşaq bu ayrılığı anasının da onun kimi ağır keçirməsindən narahat olur. Anası ayrılmaq məcburiyyətində qaldıqda tərəddüd edirsə və ağlayan kimi uşağın yanına tələsirsə, ananın bu narahatlığı uşağı daha da inandırır ki, ayrılmaq həqiqətən təhlükəlidir.

 

Uşağa necə qəzəbləndiyinizi səmimi hisslər və ağılla etiraf etsəniz, nüfuzunuza toz qonmayacaq.

 

Uşaq yalançı doğulmur. Tez-tez yalan danışırsa, deməli ona təzyiq göstərən nəsə var. Əgər dərslərini yaxşı oxumursa və sizi aldadırsa, bu, o demək deyil ki, təhsil onu narahat etmir. Yalan onu ifadə edir ki, məhz bu problem onu çox narahat edir.

Uşağa sevginizi göstərməyin digər vacib yolu onun istəklərinə hörmət etməkdir. Körpə gün ərzində yatmaq istəmədiyi halda, onu məcbur etməyin. Yemək istəmir? Qaşığı güclə ağzına tərəf uzatmayın. Uşaqların istəkləri çox təbii və intuitivdir, amma ağılsızlıq istəkləri ilə ağlabatan istəkləri qarışdırmamalıdırlar

 

Valideynlərə vacib tövsiyə

 

Bir tərəfdən uşağın, digər tərəfdən valideynlərin rahatlığı üçün rejim lazımdır. Əks halda valideynlər çox tez yorulacaq. Ciddi rejimi müşahidə etmək lazım olmadığından, ilk növbədə uşağın tələblərinə riayət edin və sonra da sizin və onun üçün əlverişli rejimi qura bilərsiniz.

Uşaq ağlasa və ya qidalanma cədvəli pozulsa da onu bəsləyin. Ancaq ağlayan kimi onun yanına qaçmayın. Uşaq bir şey edə bilmirsə və ya etmək istəmirsə, məcbur etməyin.

 

Aytən Məftun(publika.az)

14 fevral 2020
GO BACK