Əziz xanımlar, əgər siz balaca gül balalarınızda iştahasızlıq müşahidə edirsinizsə, onda bu yazını diqqətlə oxuyun.
Hər bir körpə dünyaya gələndə qidalanma orqanları ilə birlikdə doğulur. Körpələrə heç bir şey verilməsə də, ana körpəsinə süd əmizdirərək çox gözəl və sağlam olmasını təmin edir. Körpələr dünyaya gəldiklərində onlarda əmmə refleksi mövcud olur. Ancaq bəzi vaxtlarda körpələrdə bağırsaq problemləri, bəzi mədə narahatlıqları, infeksiyalı xəstəliklər meydana gəldikdə iştahasızlıq problemi ortaya çıxır. Həmçinin diş çıxaranda da körpələrdə bu problem meydana gəlir.
Əvvəlcə həqiqətən də körpədə iştahasızılıq olub-olmadığının başa düşülməsi vacibdir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, körpələrdə iştaha probleminin ən böyük səbəbi ana qayğısıdır. Yeni körpə sahibi olan gənc anaların körpələrinin kifayət qədər qidalanmadığının səbəbini başqa yerdə axtarmamaları tövsiyə olunur. Gənc ananın çəkdiyi narahatlıqlar, problemlər körpəyə əks olunur. Yəni, ananın körpə ilə münasibətindəki hər hansı xırda narahatlıqları körpə həmin andaca hiss etməyə başlayır və bu zaman körpələrdə həqiqətən də iştahasızlıq müşahidə olunur. Buradan bir neçə sual ortaya çıxa bilər ki, axı körpənin iştahasızlığının səbəbinin məhz ananın onunla narahat davranmasıdırsa, bunu necə anlamaq olar? Bəlkə iştahasızlığın səbəbi doğurdan da ciddi bir xəstəlikdən xəbər verir? Bu sualların hər birinə əlbəttə ki, körpənizin pediatırı ilə cavab tapa biləcəksiniz. Həkimin araşdırmalarından sonra əgər körpənizdə heç bir ciddi problem çıxmadısa, onda bunun başlıca səbəbini doğurdan da ana və körpə arasındakı yaranan psixoloji problemlərdə görmək olar. Burada psixoloji problem dedikdə, ananın müəyyən səbəblərdən əsəbi, hirsli olması və bunu istəmədən öz körpəsinə agah etməsi nəzərdə tutulur. Belə bir vəziyyətlə qarşılaşan mütəxəssis həkimlər ilk əvvəl ananın bu narahatlığının aradan qaldırılması üçün əsas işlər görürlər. Bir daha qeyd etmək lazımdır ki, körpədə hər hansı problem olmadıqda bu səbəblər haqqında düşünmək lazımdır.
Əgər körpələrdə 20 gün müddətində həqiqətən də iştahasızlıq müşahidə olunursa, onda bu kimi hallara daha ciddi yanaşmanız məsləhətlidir. Körpələrdə 20 gündən artıq sürən iştahasızlığın bir növ qida allergiyası, mədə və bağırsaq sisteminə bağlılığı, xroniki bir problem yoxdursa, ürək və ağ ciyər narahatlığından irəli gələn amillər kimi dərindən araşdırılmalıdır. Bu araşdırmalardan sonra əgər bir problem çıxarsa, onu həkimin köməyi ilə aradan qaldırmağa çalışın. Yox, əgər körpədə hər şey qaydasında çıxarsa, onda səbəbi həqiqətən də özünüzdə axtarmaqda fayda vardır. Əziz analar, əgər körpələrinizin iştahalı olmasını istəyirsinizsə, bu zaman ilk növbədə onlarla mehriban, gülərüz davranın və onlara ailədə yaranan problemlərinizi qəti olaraq hiss etdirməyin. Bu zaman körpənizin necə sağlam və iştahalı olacağını öz gözlərinizlə görəcəksiniz.
Beləliklə, əgər körpələrdəki problem araşdırılıb həll edilərsə, bu zaman körpələrinizdə iştahasızlıq problemi aradan qalxmış olacaq. Hamınıza ilk öncə sağlam və iştahalı körpə diləyirəm. Allah hər bir ailəyə körpə nəsib etsin! Amin!
XƏBƏR LENTİ
Ayaqlarınız səndələ hazırdır?
Günün qoroskopu: zövq müzakirə olunmur
Göydələn qəbiristanlıq tikiləcək
Marsın ən yaxın məsafədən çəkilmiş İLK FOTOLARI
Alma şəkəri (foto resept)
Ruhani dünyanı yenə təəccübləndirdi
Ömrü uzadan vərdişlər
Brabus qəzəbli model göstərdi
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
UŞAQLARIN CİNSİ TƏRBİYƏSİ
Spirtdə xərçəng var
Gözəl ayaqqabı modelləri
Gecə və gündüz stil fərqləri
Gözəl geyim nümunələri
Cəfər Cabbarlının qızı vəfat etdi
Bir-birindən gözəl yay ayaqqabıları
Elçin yeni seriala çəkilir-FOTO
Kişi olmaq daha yaxşı imiş
Turistlər ən çox hansı milli xörəklərimizi bəyənirlər?
Fenomenal aktrisa: o qocalmır?
Mel Gibson evlənir
Dünyanın ən böyük limanı
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Alişan və xanımı Bodrumda istirahət edir - FOTO
Castin Biber intihar edən gənc həmkarına dəstək oldu-FOTO
Parlaq saçlar üçün məşhurlardan super məsləhətlər
"Bu gün biz güclü komandaya qalib gəldik"
Eksklüziv Hyundai Veloster
Məşhur aktyor ailəsi ilə Bakıda - FOTO
Azərbaycan kinosu ilk dəfə olaraq Kann Kinofestivalının əsas müsabiqə proqramında
Azərbaycanda dollardan həyəcan təbili
Gürcü salatı (foto resept)
Praktik gözəllik tövsiyələri
Mert Fıratdan gözlənilməz AÇIQLAMA
Soyuğadavamlı çiçəklər
Dollar 90 qəpik olacaq
“Caliber”: “Erməni tərəfinin itkiləri yeddi mini keçib” - VİDEO
Hobbi
2019-un trendi: Rəngli papaq və şərflər
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
Taxtadan heykəllər yaradan rəssam
Aforizmlər
Haray çəkən Şuşam, ağla...
Ahmet Kural 1 ay sonra üzə çıxdı-FOTO
Trampın qəbul etdiyi dərman virus xəstələrini öldürür - ŞOK AÇIQLAMA
Payızın sağlamlıq qaydaları
Ürək-damar xəstəliklərini aradan qaldıran meyvə
"Burada "soyqırım" iddialarından söz gedə bilməz"
"Bakı-2015" bu ölkələrdə də yayımlanacaq
Paraşütçü 25 il sonra sağ tapıldı-FOTO
- ŞƏRHLƏR