Autizm nədir?
Bu xəstəlik haqqında hər bir qadın bilməlidir,çünki uşaqla, anadan çox təmasda olan yoxdur!Autizm uşaqlarda ana bətnində yarana bilər və yaxud zərbədən sonradan baş verə bilər.Belə uşaqlarda hələ körpəlikdən hiss olunur ki,nə isə çatışmamazlıq var.Körpə olarkən hər ana ovladına verdiyi nəvazişə balasından cavab alır,o anasına gülümsəyərək sanki səni hiss edrəm deyir .Lakin autik olan uşaqlar anaya heç bir reaksiya verə bilmirlər.1 yaşdan sonra isə onlar daima özlərinə qapanır,yumordan kənar olurlar,hətta gulməli bir hadisəyə belə nadir hallarda reaksiya verib gülürlər,hər hansı bir hərəkəti dəfələrlə təkrarlayırlar,əgər bir söz demək istəyirlərsə hər iki əllərini bir-birinə vururlar və bu hərəkətdən yorulmurlar.
Peşəkarların fikrincə autik uşaqları xəstə adlandırmaq olmaz,çünki onlar qeyri-adi istedada malik olurlar.Belə uşaqların böyüyəndən sonra rəssamlığa,musiqiyə,poeziyaya,riyaziyyata həvəsləri olur.Belə xəstə uşaqların valideynləri övladlarını sağalmaq, inkişaf etmək üçün xüsusi autik uşaqlarla məşğul olan peşəkarların onlarla məşğul olmasına razı olmalıdırlar.Aparılan tədqiqatlar göstərir ki,belə uşaqlarla valideynlər düzgün məşğul ola bilmirlər!Ya peşəkarların proqramlarından istifadə etmək lazımdır,ya da peşəkarların öhdəsinə verilməlidir.Bu zaman onların içində olan istedad üzə çixacaq və onlar da başqa uşaqlara qoşulmaqdan artıq utanmayacaqlar.
Uşaqlarda olan təhlükəli sindromları necə müəyyən etmək olar:
Bəzən analar autik uşaqları kor uşaqlarla qarışdırırlar,çünki belə uşaqların harasa baxmaq diqqəti sıfırdır,onlara heç nə maraqlı olmadığı üçün seyr etməyi,diqqətlə kiməsə baxmağı bacarmırlar.Hətta ananın dediyinə görə uşaq doğma anasına belə diqqət vermir,lakin həkim uşağı yoxlayandan sonra məlum olur ki uşaq autikdir.Həkim ilk əvvəl uşağın işığa reaksiyasını yoxlayır pəncərədən gələn işığa yaxud lampa işığına uşaq baxır,lakin autik uşaqlar uzun müddət işığa dözə bilmədiyi üçün onlar qaranlığı sevir,çünki işıq onları daha da gərginləşdirir.
Daha bir əlamət:
Autik uşaqlar oyuncaqlarla oynaya bilmir,masını sürmək lazımdır-bunu normal uşaq anlayan zamandan artiq xüsusi səslərlə "ğın-ğın"edib maşın sürür,yaxud da hər hansı bir heyvanı görən kimi onun çıxartdığı səsiylə valideyninə o heyvanı tanımış olduğunu çatdırır.Lakin autik uşaqlar isə oyuncaqları tanımır,onun nə üçün olduğunu bilmir.Məsələn:maşını sürmək əvəzinə top kimi istifadə edir atıb-tutur,heyvanlardan olan oyuncaqlara gəlinciklərin paltarlarını geyindirir və s.
Hər uşaq oyun oynarkən anasının onunla oynamasına sevinir,bərabər oynarkən çox xoşbəxt olduğunu göstərir.Lakin autik uşaqlar təkliyi sevdiyi üçün onlara anayla oynamaq da xoş olmur,yersiz ağlamağa başlayırlar.Belə uşaqlar qonaq gedərkən,yaxud da parkda olarkən,yəni tanımadığı insanlarla rastlaşarkən çox gərgin olur,hətta uşağın otagında mebelin yerini dəyişmək belə onu depressiyaya sala bilər,çünki uzun müddət həmin şəraitə öyrəşə bilmir.Buna görə də belə uşaqların otaqda nəyi varsa onun yerini dəyişdirmək qəti olmaz.
Əziz valideynlər, bu xəbəri oxuyub heç də qorxmayın, çünki bizim sağlam, lakin dəcəl balalarımız da oyuncaqların başına min bir oyun gətirir, xəstə uşaq sırf bu xəbərdə təsvir edildiyi kimi olur.
Autizmin simptomları:
Əgər uşaqlarımızda,yaxınlarımızın uşaqlarında bu xüsusiyyətləri görürüksə dərhal həkimə müraciət etməyimiz məsləhətdir.
-uşağı adıyla belə cağırırlar,lakin cavab vermir, bu onun diqqətini qətiyyən çəkmir.
-nə istədiyini deməkdə çətinlik çəkir,bəzən başa sala bilmədiyi üçün hirsindən ağlayır.
-danışıq inkişafı geridə qalırsa,sözləri tələffüz edə bilmir.
-böyüklərin heç bir göstərişini izləmir,diqqət vermir,heç nə öyrənmək istəmir.
-anaya tualet istədiyini demir yüngül, ağır işlərini şalvarına edir.
-1-yaşında olarkən etməli olduğu heç bir hərəkəti etmir(əl-qol atmaq,anaya qol açmaq,)
-belə uşaqlar tək oynamağı sevir,uşaqlardan qorxur.
-bəzən öz-özünə əzab verirlər,əllərini kəsirlər bilərəkdən,ayaqlarını cızırlar.çünki onlar ağrı hiss etmirlər.
Bu halda ana ən yaxşı həkim ola bilər.Ana nə etməlidir?
Autik uşaqlar ana sevgisinə,nəvazişinə,diqqətinə normal uşaqdan daha çox ehtiyac duyurlar,lakin onlar autik olduqları üçün bunu hiss etdirə,biruzə verməyi bacarmırlar.Onlar analarından hər zaman butun xüsusiyyətlərinə görə səbr və məhəbbət umurlar,bəzən analar buna səbr etməyi bacarmırlar,sonunda bu 1-2 aylıq və ya az müddətdən sonra keçən bir xəstəlik deyil,ananı da qınamaq olmaz.Lakin belə analar övladlarının tez sağalmasını istədikləri üçün bütün əzaba dözə bilirlər.Hər şeydən əvvəl yuxarıda yazılanları ana öz övladında hiss edirsə,dərhal həkimə müraciət etməlidirlər.
-Müalicəyə dərhal başlamaq lazımdır,autizmdən əzab çəkən uşaqlarla xususi məşğul olmaq lazımdır,mütəxəssislərin yanına aparmaq mütləqdir.Davranışın korreksiyasının müxtəlif metodikaları mövcuddur. Əgər terapiya erkən yaşda başlanırsa, o yaxşı effekti verə bilər.Fizio-əmək terapiyası, loqopediya uşağın spesifik xüsusiyyətlərinə görə təyin edilib.Bütün bunlar həmin uşaqlara olduqca çox kömək edir.
-Uşaq çağırırkən baxmır,lakin ana onu min bir metodlarla buna həvəsləndirməyi bacarmalıdır.Səbrlə edilərkən nəticəsi uğurla sona yetir,artıq uşağ çağırırkən baxır,hər hansı bir göstərilən əşyaya diqqət edir.Bunun üçün ana ilk əvvəl uşağa adını,valideynlərinin adlarını,bacı-qardaşının adlarını öyrətməlidir.
-Uşağın əlinə çox götürdüyü, lakin düzgün oynaya bilmədiyi oyuncağını götürüb onunla necə oynamaq lazımdır və adı nədir,uşağa başa salmaq lazımdır.Əgər heyvan oyuncağıdırsa ana onun ev heyvanı,çöl heyvanı oldugunu uşağa başa salmalıdır.
Autizm ağır və yüngül şəkildə ola bilir.Yüngül şəkildə olan xəstəlik ana və övlad arasında keçirilən düzgün kurslar sayəsində sağalır.
Ağır şəkildə ola autik uşaqları mütləq həkimə, xüsusi peşəkarların yanına aparmaq lazımdır.
Aşağıda baxacağımız videodakı uşaq da bu xəstəlikdən əziyyət çəkir.Buyurun izləyin.
Əziz Qadın.Netlilər, Allah bizi bu xəstəliklə sınağa çəkməsin,inşAllah!Məlumatımız olsun deyə bu xəbəri hazırladım!Hamınıza sağlam övlad diləyi ilə...
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR