Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?
Uşağımızdan istəklərimizin reallaşması səviyyəsinə görə onun istəklərimizə uyğun olan davranışları qazandığını, ya da qazana bilmədiyini düşünürük. Əgər istəklərimizə uyğun davranışlar ortaya çıxmamışsa, müddəti nəzərdən keçirmək lazımdır. Əlbəttə ki, bu müddət hər ailəyə, hər valideynə görə fərqli olacaqdır. Uşaqların şəxsi xüsusiyyətləri, fiziki quruluşu mütləq diqqətə alınmalıdır. Ancaq burada əhəmiyyətli olan məsələ ana-atanın uşağı sərbəst buraxması və özünün müstəqil qərar çıxara bilməsidir.
Valideynlər uşaqlarının edə biləcəyi şeyləri özləri etməklə onların əhəmiyyətli həyat bacarıqlarının inkişafına da maneə törətmiş olurlar (qərar verə bilmə, seçim edə bilmə və s). Fərdi fərqliliklər söz mövzusu olsa da, davranış dəyişdirmək üçün tələb olunan müddətin əsas və dəyişməz elementləri vardır.
Uşağımıza əsas vərdişləri qazandırmaq və ya onda olan hansısa mənfi davranışı dəyişdirmək üçün atacağımız addımlar bunlardır:
1. Məlumatlandırma
Uşağın davranışında istənən dəyişmənin reallaşa bilməsi üçün əvvəl uşağı bu dəyişmə haqqında məlumatlandırmaq, səbəbləri haqqında məlumat vermək əhəmiyyətlidir. Qaydaların niyə qoyulduğu və istəklərinizin əhəmiyyəti izah edilməlidir. Uşaqlar nə üçün bəzi işləri etmək məcburiyyətində olduqlarını başa düşərlərsə, ailəsinə kömək etməyi, dəyişməni qəbul etməyi və müstəqil davranmağı mənimsəyərlər.
2. Nəzarət
Məlumatlandırmadan sonra uşağa zaman vermək lazımdır. Bu müddətdə edilən nəzarət nəticəsində davranışın hansı müddətdə yarandığına diqqət yetirilməlidir. İstəyinizi açıqladıqdan sonra uşağınızın istədiyiniz davranışda olub-olmadığına nəzarət etməlisiniz. Nəzarət müddəti sizin bu mövzuda ciddi olmağınız baxımından əhəmiyyətlidir. Uşağın davranışlarını izləməklə ona verdiyiniz əhəmiyyəti və göstərdiyiniz diqqəti də sözsüz olaraq çatdırmış olacaqsınız. Davranışı xatırlatmaq üçün cədvəl və siyahı kimi uşağın diqqətini cəlb edəcək vizual vasitələrdən istifadə etmək faydalı ola bilər. İstədiyiniz davranış göstərildiyi zaman onu həvəsləndirmək üçün bəzi ifadələrdən istifadə etməyiniz (məsələn, "Bunu etdiyini görmək məni xoşbəxt etdi") böyük əhəmiyyət daşıyar.
Valideynlər uşağı hər addımında kölgə kimi izləməməlidirlər. Nəzarət müddətində ana-atanın səhv hərəkətləri bir çox yeni qarşıdurmaya səbəb ola bilər. Valideynin ona etibar etmədiyini hiss edən uşaqlar bəzi mənfi hərəkətlərə (əsəbi davranmaq, dəyişməyə müqavimət göstərmək və s.) yol verirlər.
3. Qiymətləndirmə
Müəyyən müddətdən sonra gedişat haqqında məlumat vermək lazımdır. Əgər istənən davranışın sayında artım varsa, həvəsləndirici ifadələr işlətməklə onu ruhlandırmaq, əgər davranışın ortaya çıxmasında çətinliklər varsa, bu çətinliklərdən yarana biləcək səbəbləri uşaqla müzakirə etmək lazımdır. Qiymətləndirmə apararkən işlətdiyimiz ifadələr uşağın özünə inamıyla yaxından əlaqəli olduğu üçün onu ruhlandıran ifadələrdən istifadə etmək əhəmiyyətlidir (Məsələn, … etməkdə müvəffəqiyyətli olduğunu görürəm, ancaq … mövzusunda bir az daha səy göstərsən, daha yaxşı olar).
4. Xatırlatma
Əgər uşağınız arzu etdiyiniz kimi davranmırsa, yenidən xatırlatma müddəti təyin etmək lazımdır. Bu müddət davranış formalaşana qədər davam etməlidir. Yuxarıda izah edilən bu elementlər yalnız məsuliyyət qazandırma müddətinə aid deyil. Bunlar əsas vərdişlərin yaranmasında, qaydaların təyin olunmasında, qısaca, həyatımız üçün lazım olan elementlərdir.
XƏBƏR LENTİ
“Dünyanın ən yaxşı futbolçusu özüməm”
Bu kənddə adamın kiprikləri də donur
İstehsal tarixindəki səhvlər
Gerenuk
Klaç çanta modelləri
Xanım Qafarova dəfn edildi
Qızı aparıcını çətin vəziyyətə saldı - VİDEO
Gələn il “BakıKart”ın yeni növü hazırlana bilər
HAVA necə olacaq? 25 Mart
Azərbaycan himni Moskvada səsləndi və bayrağı yüksəldi!
O mükəmməl bədən kimindir?
Ev heyvanları haqqında doğru bilinən yanlışlar
Bir cümlənin ifadə etdiyi dərin mənalar
Yupiterlə kometa toqquşacaq - Yer məhv olacaq?
Azərbaycanlı məşhurlar itlərlə bağlı ÇAĞIRIŞ ETDİ - VİDEO
Bu avadanlığa görə 3 il gömrük rüsumu alınmayacaq
Sabahın HAVAsı
Yeni il şamı (foto resept)
Məşhur müğənni ərə gedir-FOTO/VİDEO
Atatürk köşkündə gizli sığınacaq tapıldı-FOTO
Dünyanın ən maraqlı 99 faktı-3
Dəhşətli xəstəlik 40 can aldı
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
"Burberry" çanta
Qadınlarda menopauza və müalicəsi
Otağında televizor olan uşaqlar təhlükədədir!
Göz rənginə görə makiyaj
Qeyri-adilik üçün 13 ideya
Çingiz "Eurovision" dakı çıxışından danışdı - VİDEO
Hansı meyvə-tərəvəz hansı xəstəliyin dərmanıdır?
Dünyanı məhvə aparan dərman qadağan edilir
Böyrək daşı əməliyyatı
Fərqli ayaq bilərzikləri
Ancelina Colinin oğlu universitetə qəbul oldu-FOTO
Cey Lo ideal bədəninin sirrini açdı - FOTO
Rusiya təyyarələri bombaladı: 40 ölü
İngilislər internetdə mübarizəni gücləndirirlər
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
ABŞ tarixində ilk qadın prezident?
“Çukur”un aktyoru yenidən gündəm oldu-FOTO
Fermerlərə kombaynlar paylanıldı
Günün qoroskopu:Yaranan imkanları dəyərləndirin
Evlərimiz nə vaxt qızacaq?
Rəfiqəsi Maradonadan 6,3 milyon dollar tələb edir
Bakıda yeni doğulmuş uşaqda və anasında koronavirus aşkarlanıb - VİDEO
Günün qoroskopu: soyuqqanlı düşünün, təmkinli olun
Qeyri-adi bəzək əşyaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
HAVA necə olacaq? 23 MAY
Dünyanı bu bəladan pişiklər xilas edəcək
- ŞƏRHLƏR