Hər bir valideyn çalışır ki, uşağını düzgün tərbiyəli böyüdüb başa çatdırsın. Bu istək hər bir valideyndə var. Ona görə də hər bir azərbaycanlı ailəsində uşağa gənc yaşlarından qayda-qanunlar qoymağa başlayırlar: nə olar, nə olmaz və s. Lakin qaydalarla bu məsələ bitmir. Valideynlər ilk növbədə uşaqlarına nümunə olmalıdırlar.
Qeyd edək ki, verilən öyüd-nəsihətlərdənsə ata-ananın etdiyi hərəkətlər uşağa daha çox təsir edir. Misal üçün, valideynlər övladlarına siqaret çəkməməyi, yerə zibil atmamağı və s. tövsiyələr vermələri, lakin özlərinin bütün bunlara riayət etməmələri nə dərəcədə düzgündür?
Uşağın tərbiyəsində mühitin də çox böyük rolu var. ən çox da onun ətrafındakı dostları. Əgər bu gün bir gəncin dostu narkotik maddələrdən istifadə edirsə və əgər bu uşağın psixoloji problemləri varsa, xüsusi ilə də daxilən iradəcə zəif biridirsə, artıq o da dostu kimi narkotikdən istifadə etməyə başlayacaq.
Əgər fikir vermisinizsə, bugünkü gənclər, keçmiş nəsillərdən daha fərqlidirlər. Məsələn, məktəblilər və yaxud tələbələr yanlarından müəllim keçərkən ayağa belə qalxmırlar. Hələ bu harasıdır. Bu əsrin gəncləri ayağa qalxmaq nədir, müəllimlərə elə cavab qaytarırlar ki, yazıq müəllim artıq nə deyəcəyini bilmir. Bu bəs deyilmiş kimi, əgər tələbə lap pis əsəbləşirsə, o zaman əlinə keçən əşyanı müəllimin başına çırpmaqla sakitləşir.
Bəs görəsən niyə belə olub? Nə dəyişdirib bügünkü gəncləri? XXI əsrin yeni texnologiyaları, ətraf mühit, yoxsa valideynlər?
Məgər biz keçmiş nəslin nəticələri deyilikmi? Onlar deyilmi bizim əcdadlarımız?
Bütün bu suallara psixoloq Sevinc Allahyarova cavab verir: “Əvvəllər kitab idi, bir-iki proqram idi. İndi isə o qədər yeni texnologiyalar var ki, bütün bunlar uşaqların və gənclərin psixoloji durumuna təsir edir. Bütün bu vasitələrin çoxluğu ilk növbədə gənclərimizin tərbiyəsini korlayır. Ən pisi də odur ki, bəzi valideynlər uşaqlardan bir növ yaxalarını qurtarmaq üçün özləri əyləşdirilər ki, internetin qabağında ki, onlara vaxt sərf etməsinlər. İndiki valideynlər çox fərqlidirlər. Onların sanki zamanları yoxdur, bütün günü övladlarıyla oturub, onları düzgün yola istiqamətləndirsinlər. Hətta bu gün valideyn özü sosial şəbəkələrdə oturur. Buna görə də uşaqlar artıq gənc yaşlarından özlərini sərbəst hiss edirlər. Bu gün valideyn və övlad arasında artıq heç bir sərhəd qalmayıb.
Bu gün bizim çox yaxşı və eyni zamanda övladlarını düzgün tərbiyə edən valideynlərimiz də var. Məsələn, çox yaxşı tanıdığım iki gözəl övlad sahibi olan Elnarə Rəhimova. Ondan necə övladlarını düzgün tərbiyə etdiyini soruşdum. “İlk olaraq mən övladlarıma azadlıq vermişəm. Lakin bu sərbəstliyin də, müəyyən bir həddi olub. Oğlum orta məktəbi bitirənədək onu gecə saat ondan sonra kompüterə yaxın qoymamışam. Evə gec gəlməyə qoymamışam. Lakin o artıq həyatı başa düşməyə başlayandan sonra ona sərbəstlik vermişəm. İndiki validenylərə də tövsiyyəm budur ki, övladlarıyla dost olsunlar. Çünki mən hər zaman övladlarımın dostu olmuşam. Onların fikirlərinə hörmət etmişəm. Və ən əsası da uşaqlara əl qaldırmamışam. Çünki bu heç nəyi həll etmir”, - Elnarə Rəhimova dedi.
XƏBƏR LENTİ
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
Kosmosda qəbristanlıq tapıldı
Sabah bu ərazilərdə qaz olmayacaq
Günün qoroskopu: hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin
İrəvanın böyük məğlubiyyəti
Uşaqların böyük həyatı
Sürcülərin işi asanlaşır
Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkəti
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
Günün ulduz falı
Xoş məramlı bir yenilik!
3 günlük bahar detoksu proqramı (I hissə)
Məşhur futbolçunun qabırğası sındı
Hava haqqında - 04.03.2014
Qış üçün tərəvəz kürüsü (foto resept)
İşğaldan azad olunan torpaqlarımızda “həyat əlamətləri”: Yeni layihələrə start verildi
Ərdoğan azərbaycanlı hərbçilərə diplom verdi
Həyat yoldaşım kompüter oynayır, nə edim? (2)
Məhərrəm ayında nələr qadağandır?
Castinin xanımı hamiləlikdən danışdı-FOTO
Sağlamlığı qoruyan 10 ərzaq
Kral ailəsindən olanlar necə geyinməlidir?
Azadlıqdan məhrumetmə cəzasının müddəti ilə bağlı yenilik
Hərbi xidmətə çağırılanlar koronavirus testindən keçirilir? - RƏSMİ
Ayaqqabılarımızı özümüz bəzəyək
Pandemiyadan kimlər qazanır, vaksin niyə gecikir?-Açıqlama
İşdə gərginlik insanı öldürə bilər
Quşüzümlü portağal şirəsi (foto resept)
Möhtəşəm geyim modelləri
İnanılmaz ekstremal vəziyyətlərdə görüntülər
Milyarder özünü biabır etdi: Koronavirus xəstələrinə göndərilən hədiyyə...
HAVA necə olacaq?- 7fevral
Bu virus adamı öldürür
İtaliyanın koronavirussuz adası alimləri heyərtləndirib
Yalan danışan insanları necə təyin etmək olar?
Günün qoroskopu:Ugurlu gündür!
Telefondan ayrı qalmamaq xəstəlikdirmi?
Siyam əkizləri ayrılacaq-FOTO
Qaz Olmayacaq!
Tələbə "Rusiya gözəli" oldu - FOTO
Allergiya
Ən populyar şəhər seçildi
Tarkan ölən aktrisa haqda bunu yazdı - FOTO
"Taxt oyunları"nın 8-ci mövsumu yenidən çəkiləcək?
Pəhləvanımız Məşhəddən qızıl gətirdi
Kırmızıgül anasına tərcüməçilik edəcək-FOTO
Bəylərinizin yalanını aşkar etmək üçün...
BÜRCLƏR bizə nə vəd edir? - 20 fevral
Bu yolda ciddi səhvlər üzə çıxdı - CİDDİ XƏBƏRDARLIQ
- ŞƏRHLƏR