Ana-Atalar, uşaqlarının müstəqillik uğruna girişdikləri səyləri dəstəklədikləri və çətin vəziyyətlərində onlara köməkçi olduqları təqdirdə, uşaqlarda müstəqillik duyğusunun daha asan inkişaf etdiyi görülür. Xor görən,cəzalandıran ya da həm sevib, həm də soyuq davranan ana və ataların uşaqları asılı bir şəxsiyyət kimi formalaşır.
Nizamlı, emosional və ictimai təsirin güclü olduğu ailə mühitində lazımı qədər etibar, sevgi içində böyüyən uşaqlar inkişaf etmələri üçün vacib təcrübələri əldə edə bilirlər. Hər ana-atanın bilərək ya da bilmədən uşaqlarına qarşı davranışları müxtəlifdir. Bəzi uşaqlar daha çox sevilir, bəzilərinə təzyiq edilir, bəziləri istənməyən uşaq olaraq görülür, bəzilərinə isə daha çox xoş üz göstərilir. Bütün bu davranışlar, uşağın həm şəxsiyyətinin, həm də ictimai inkişafının müxtəlif formalar qazanmasına yol açır.
Uşağını istismar edən və diqqətsizlik göstərən Ana-Ata xüsusiyyətləri
Uşaq istismarı və diqqətsizliyində ana-atanın uşaq baxımı və yetişdirməsi haqqında lazımınca məlumat sahibi olmadıqları və bu məsuliyyəti yerinə yetirə bilməyəcək qədər gənc olmaqları üzərində durulur. Ayrıca təhsil səviyyələri aşağı olan ana-ataların uşaqlarını daha da çox istismar etdikləri və laqeydlik göstərdikləri görülür.
İstismar və laqeydlik görən uşaqların ana-atalarının mənliklərinə hörmətləri aşağıdır. Bu ana-atalar özlərini dəyərsiz, və sevilməyən insanlar olaraq görürlər. Uşaq sahibi olmaq istəməklərinin səbəbi özlərini sevəcək birinin olması istəyi ola bilər. Uşaq ana - atanın bu gözlədiklərinə cavab vermədiyi vaxt, valideynlərin xəyalları puç olar. Bunun nəticəsində də uşaqlarına laqeydlik və istismar etmələri mümkün ola bilər.
Ana və atanın keçmişlərində istismar təcrübəsinin olması uşağın istismar edilməsi və laqeydlik göstərilməsində rol oynaya bilər. İctimai həyatda laqeydlik və istismar davranışına öyrəşən şəxslərin,ana və ata olduğu zaman bu davranışları uşaqlarına göstərməsi mümkündür.
Ailənin içində olduğu stressli həyat şərtləri də uşağın istismarı və diqqətdən kənarda qalmağına yol açan faktorlar arasında sıralana bilər. Ailə içindəki dolanışıqsızlıq, ayrılıq, ölüm, xəstəlik, işsizlik və maddi çətinliklər kimi stressli yaşayış tərzi ana və ataların uşaqlarına pis rəftar etmələrinə yol aça bilər.
Evliliklə bağlı problemlər, cütlərin sıx mübahisələri, davaları uşaq istismarına yol açan digər bir faktor olaraq sayıla bilər. Yoldaşı tərəfindən döyülən bir qadın içindəki hirsi uşağa tökərək uşağı döyə bilər. Bunların xaricində ailənin içində yaşadığı ictimai cəmiyyət , ailədəki uşaq sayının çoxluğu, ana və atanın içki içməsi kimi xüsusiyyətlər də uşağın istismarına gətirib çıxaran faktorlar arasında sayıla bilər.
İstismar və laqeydlik görən uşağın xüsusiyyətləri
Araşdırmalar erkən doğulmuş, çətin doğulmuş, xəstə və əlil olan uşaqların istismar edilmə nisbətinin daha yüksək olduğunu göstərir. Bu uşaqlar həddindən artıq həssas olurlar, ayrıca vasvası bir baxım tələb edirlər, buna görədə çətin uşaqlardır. Davranışlarını ananın gözlədiklərinə uyğun bir şəkildə nizamlaya bilmirlər, beləcə asanca istismar edilirlər.
Uşağın mənfi və müsbət davranışlarının ananın reaksiyasında mühüm bir rolu vardır. Hər sahədə mənfi davranışlar sərgiləyən, ağlayan, dostluq qura bilməyən xarakterdəki uşaqlar; özlərini həddindən artıq hərəkətli, qarşıqoyma, həddindən artıq həssas, uyğunlaşmaz və nizamsız, yeniliyə adaptasiya olmaqda çətinlik və əvvəlcədən gözlənilməyən davranışlar göstərərək ortaya qoyar. Soyuq, münasibət qura bilməyən, uzaq, həddindən artıq hərəkətli və asılı olma xüsusiyyəti daşıyan uşaqlar daha çox istismar edilirlər.
XƏBƏR LENTİ
Rusiyalıların təxminən 28%-i...
Dünyanın ən uzun karnavalı davam edir
Çimərlik geyimində paylaşımlar etdi, həyatı dəyişdi - FOTO
Ermənilər Bakı-2015-dən nə qədər qazanacaq?
Ağ-qara illüstrasiyalar
Doğulmamış Şahzadənin adı, cinsiyyəti və doğum tarixi...
Teledərslərin yayımı müvəqqəti dayandırılacaq
“Hörümçək adam” həmkarı ilə sevgilidir - FOTO
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
Məleykə Abbaszadə: "Kütləvi proseslər aparılır"
İlham Əliyev: “Gəncənin raket atəşinə tutulması insanlığa qarşı törədilmiş cinayətdir”
Leyla Əliyeva: "Yubileyin mübarək, ana!"
Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (2)
Xərçəng olduğunu deyib 55 min yığdı, həbs olundu - FOTO
Modal sözlər və Nida
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
HAVA necə olacaq? 9 İyun
Bu günün tarixi (21.08.2014)
Hər növ saç üçün maskalar
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
"Netflix"də yayımlanacaq ilk türk filminin tizeri - VİDEO
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başlayıb
İtaliyanın baş naziri hər kəsi qorxutdu-VİDEO
Bakı sakinlərinə şad xəbər
ÜST rəsmisi: “Vəziyyət son dərəcə kritikdir”
Obamanın qızı Harvardda oxumağa başladı
Mayk Tayson görünüşü ilə pərəstişkarlarını sevindirdi– FOTO
4 gün iş olmayacaq
Xoruldayan hamilə qadınlar Qeysəriyyə olunur
Özcan Dəniz evini çəkiliş meydanına çevirdi: Baş rolda... - FOTO
Baralgin həbləri satışdan niyə yığışdırıldı?
"РњРёСЃСЃ Р РѕСЃСЃРёСЏ-2015" modelliklə vidalaşdı
Körpə
Milli Şuradan istefalar gözlənilir
Luici Bokkerini
Balıq salatı (foto resept)
Canlıların təbii "kompasları"
14 fevral nə geyinməli?
Metroda gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz
Nağıl kimi toy üçün gəlinliklər
Ebru Gündeş birdəfəlik Amerikaya köçdür-SƏBƏB
Daha top atmırlar...
Yaddaş itkisi və əlamətləri
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Albalı parfe (foto-resept)
Rəngarəng çanta modelləri
Əməliyyat olunan Səudiyyə kralı evə buraxılıb
Şəki işıqsız qalıb
Fahriye Evcen “Dünyanın ən gözəl 30 qadını” siyahısında
- ŞƏRHLƏR