"Mən evin kiçiyi olmuşam. Evdə hər şeyə çox fikir verirdim. İstəmirdim evdə söz-söhbət olsun. Bir ara çətin vaxtlar var idi. Olurdu ki, hərdən ata anam mübahisə edirdilər. Mən necə fikir edirdim onu bir Allah bilir, bir də mən. Bir nəfər dava edən kimi gedib dururdum ortalarında və ağlayırdım. Bəlkə bu mənim psixikama təsir edib, çünki əsəbiyəm. Hər şeyə tez reaksiya verirəm. Mən həmişə böyümək istəmişəm, indi də uşaqlığıma qayıtmaq, uşaq olmaq istəmirəm."
Bu sətirlər istifadəçimiz BAHAR83 -ün "Qızım böyüdü " yazısına şərhindəndir. Bu etiraf məni illərlə düşündürən bir məsələ haqqında yazmağa vadar etdi. Vaxtilə mənim uşaqlarla işləməyim, sinif rəhbəri kimi valideynlərlə sıx ünsiyyətim imkan verib ki, ailədaxili münaqişələrin, mübahisələrin uşağın psixikasına, şüuruna göstərdiyi təsiri əyani surətdə müşahidə edim. Biz bir valideyn olaraq, çox vaxt övladlarımız qarşisında borcumuzu onları yaxşı yedirtməkdə, geyindirməkdə, onların istəklərini yerinə yetirməkdə, bir sözlə onları "istidən-soyuqdan" qorumaqda görürük. Lakin ailə içindəki ən kiçik bir narazılığın, söz-söhbətin uşağın mənəviyyatına vurduğu zərərin fərqinə varmırıq. Uşaqlar çox həssas varlıqdır. Onlar ətrafda baş verənləri maqnit kimi beyinlərinə yığırlar. Əgər biz uşaqlarımızın ona aid olmayan şeylər haqqında düşünməyini istəmiriksə, onların yanında hər hərəkətimizə, dediyimiz hər sözə fikir verməliyik. Bizim ailədə bu qaydalara ciddi əməl olunub. Övladlarımızı hər cür söz-söhbətdən uzaq tutaraq, onların sağlam düşüncəli yetişmələri üçün əlimizdən gələni etmişik. Nə qədər çətinliklər, narazılıqlar olsa da biz bunu uşaqlara hiss etdirməmişik.
Siz necə, əziz Qadın.Net anaları, övladlarınızı ailədaxili söz-söhbətdən, narazılıqlardan qoruya bilirsinizmi?
Unutmayaq ki, uşaqlarımızın xoşbəxt gələcəyi onların sağlam düşüncəli böyüməsindən daha çox asılıdır!
XƏBƏR LENTİ
Murad Dadaşov Oksananı filmə çəkir
Xaricə getmək istəyən və attestat alan məzunların NƏZƏRİNƏ
Mahsun Kırmızıgül 12 ildən sonra İLK DƏFƏ-FOTO
Bakıda İsrailin müstəqilliyinin 66-cı ildönümü qeyd olundu
Rusiyalı rəssamın əl işləri
"Fazilet hanım ve kızları"dan sonra bu serialda oynayacaq
Aleksandr Samedov: "Azərbaycan mənim vətənim deyil"
Bürcünüzə görə hansı işdə işləməlisiniz?
Rusiya qırıcısı partladıldı, bölgədə gərginlik artır
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
Makiyaj fırçalarını necə təmizləməli?
Bakıda Covanni Battista Perqolezinin “Qulluqçu xanım” operasının premyerası olacaq
Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...
Melaniya Trump Donald Trumpun xəyanətindən danışdı-FOTO
Ziyafət donları
Türkiyə parlamenti Minsk qrupunu tənqid etdi
Klublarımız Çempionlar Liqası ilə vidalaşdı
Azərbaycan dördüncü peykini nə zaman buraxacaq?
Meyiti tapılan neftçinin adı bilindi
Həkim qız şəkillərinə görə diplomundan oldu-FOTO
Milyarderdən sonra o da BOŞANIR -SƏBƏB
Soçi milli komandamızı geridə qoydu
İşğal altında olan Qarabağdan ən son fotolar
Baş ağrısının xalq təbabətində müalicəsi
2016-cı ildə nə olacaq?
Xalq artistindən qəti etiraz-VİDEO
Lobya salatı (foto-resept)
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Sevgi bizi güclü edir
Pirsinq haqqında bilmədiklərimiz
Azərbaycanda güclü qar yolları bağladı
Azərbaycanda anomal soyuqlar gözlənilir
Cəfər Cabbarlının qızı vəfat etdi
Google-un xəritəsində Azərbaycana qarşı növbəti təxribata yol verilib
Sarımsaq yağının faydaları
“Rasim Əliyevin ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır”
Çibanla necə mübarizə aparmalı?
Zəfəran maskası
Bu il Azərbaycanda 5,6 min fərdi yaşayış evi tikilib
AFFA “Qarabağ”ı cərimələdi
Tolstoydan qızıl məsləhət: “Qadınlardan uzaq dur”
Meqanın 5 saniyəsinə 5 MİLYON təklif etdilər-SƏBƏB
Alimdən ŞOK SÖZLƏR-İnsanlara donuz orqanları köçürülə bilər
Azərbaycanda süni mayalanmanın bəzi şəxslər üçün pulsuz həyata keçirilməsi planlaşdırılır
Paytaxtda duman tıxac yaratdı
Həzi Aslanov yad edildi
Ərdoğan “Telegram” və “BiP” messencerdə özünə səhifə açıb
Göbələkli makaron (foto resept)
Sinoptiklər xəbərdarlıq edirlər: Azərbaycanda temperatur yüksələcək, ancaq...
Qayğıya ehtiyac
- ŞƏRHLƏR