Yeni doğulan körpələrin göz rəngi niyə dəyişir?
Bunun səbəbi gözdə rəng hüceyrəsi olmadığı üçün, gözə düşən işığın əks olunmasıdır.
Körpənin göz rəngi nə vaxt qalıcı olur?
Doğumdan 6-12 aylıq dövrdə körpənin göz rəngi qalıcı hal alır. Bu dövrdən sonra körpələrin göz rəngində dəyişiklik görülməz.
Körpələrin təxmini göz rəngini hesablama qaydası
Yaşıl - qəhvəyi rəng
Valideynlərin gözləri yaşıl və qəhvəyi rəngdədirsə, körpənin göz rəngi 50% qəhvəyi, 37,5 % yaşıl və 12,5 % mavi olma ehtimalı var.
Mavi-mavi
Hər iki tərəfin gözləri mavidirsə, körpənin göz rəngi 99% mavi, 1 % yaşıl ola bilər.
Qəhvəyi-mavi
Qəhvəyi və mavi gözlü ata-anadan doğulan körpənin göz rənginin 50% qəhvəyi, 50% mavi olma ehtimalı var.
Qəhvəyi-Qəhvəyi
Valideynlərinin göz rəngi qəhvəyi olan körpələrin gözlərinin 75% qəhvəyi, 6,25 % mavi və 18,75 % yaşıl ola bilər.
Mavi-yaşıl
Mavi və yaşıl gözlü ana və atanın övladının göz rəngi 50%mavi, 50% yaşıl olur.
Yaşıl-yaşıl
Yaşıl rəngli ana və atadan doğan körpənin göz rəngi 75% ehtimalla yaşıl, 25% ehtimalla mavi olur.