Qadin.NET / Soyuq havalarda uşaqları necə geyindirməli?

Soyuq havalarda uşaqları necə geyindirməli?

Soyuq havalarda uşaqları necə geyindirməli?


Pambıq və daha xəfif geyimlər seçin

Uşağınızın bədəninin nəfəs alması üçün pambıqlı və daha xəfif geyimlər seçməlisiniz. Qalın yunlu köynəklərdən uzaq olun, çünki bunlar uşaqları tərlədəcək və rahat hərəkət etməklərinə mane olacaq.

 

Soyuğa və suya dözümlü üst geyimlər

Qış üçün üst geyim alarkən materiala diqqət edin. Xüsusilə, zəncirbəndə diqqət etmək lazımdır. Asan çəkilən və barmaqları arasında qalmamağa diqqət edin. Soyuğun içəri girməsinin qarşısını almaq üçün ayaq və əl biləklərinə sıx oturan kombizon kurtkalar seçməlisiniz. 

Soyuq havalarda uşaqları necə geyindirməli?


Əlcək seçimininə diqqət, barmaqsız əlcək

Uşağın barmaqlarını əlcəyə salarkən çətinlik çəkə bilərsiniz. Bunun yerinə, barmaq dəlikləri olmayan əlcəklərdən istifadə edə bilərsiniz. Əlcəy temperaturu qorumalı, amma tərlətməməlidir. Ona görə əlcəyin materialına diqqət edin.

Soyuq havalarda uşaqları necə geyindirməli?


İsti saxlayan və tərlətməyən papaqlar

Övladınızın qışda xəstə olmağını istəmirsinizsə, isti saxlayan və tərlətməyən papaqlar istifadə edin. Bədən istiliyinin çoxu başda itirilir və bu halda uşaqların başı isti saxlanmalıdır. Pambıq və ya yumşaq yundan olan papaqlar alın. Papaq çox kiçik olmamalı və başlarını sıxmamalıdır.

Soyuq havalarda uşaqları necə geyindirməli?


Asan geyindirilən geyimlər

Körpənizə asan geyindirilən geyimlər alın. Beləliklə, daha rahat geyindirə bilərsiniz. Xüsusilə, yeni yeriməyə başlayan uşaqlar üçün yapışqanlı açılıb-bağlanan üst geyimləri geyindirin.

 

 

1 dekabr 2018
GO BACK