Körpələr üçün bez alərkən keyfiyyətinə və bəzi xüsusiyyətinə diqqət etmək lazımdır. Bez alarkən nəyə diqqət etməli?
Körpə üçün bez alan ana və ata bezi aylara görə deyil, çəkiyə görə almalıdır. Körpəniz 6 kiloqramdırsa vəbez 3-6 kqlıq uşaqlar üçün nəzərdə tutulubsa, bu bezi seçməlisiniz. Əks halda bezin ağırlığı körpənizi narahat edə bilər.
Bezlərdən əlavə, nəm dəsmal alarkən kimyəvi maddələrdən ibarət olmadığına diqqət edin. Dəsmal yerinə pambıqdan istifadə edirsinizsə, yaş olmasına diqqət edin. Ətirli bezlərin kimyəvi maddələrdən hazırlandığını da unutmayın.