Südün çatmır
Südün çatıb-çatmadığına həkim qərar verə bilər.
Şəkərli su, sarılığa xeyirlidir
Saf su ilə belə 6 ay içərisində körpələrə verilməməlidir. Həzm sisteminə görə bu hala diqqət etmək lazımdır.
2 yaşından bezdən istifadəni dayandırmalı
24-36 ayları bezlərdən istifadəni dayandırmaq ən yaxşı üsuldur. Hər körpənin ayrı inkişaf dövrü var. Ona nəyisə öyrədəndə, tələsməyin və səbrli olun.
Ev həmişə isti olmalı
Otaq istiliyi yaz/qış 20-24 dərəcə arası olmalıdır. Qışda çox isti və havasız otaq, mikrobların yaranmasına şərait yaradır.
Ayaqda silkələsəm yatar
3 aydan etibarən körpə beşiyində yatırılmalıdır. Ayaqda silkələmək səhvdir.
Üst-üstə geyindir
Körpələrin üşüməsi də, çor tərləməsi də düzgün deyil. Geyim hava şəraitinə uyğun seçilməlidir.