Ana südünü təhlükəli olduğu hallar da var.
Bu kimi vəziyyətlər çox nadir olaraq görülsə də, ana və həkimi diqqətli olmalıdır. Ana bu hallarda əmizdirməməlidir. Aktiv vərəm infeksiyası varsa, hepatit, AİDS, antikemoterapatik( xərçəng) dərmanları, radioaktif dərman qəbulu, antibiotik istifadəsi zamanı, narkotik və alkoqol istifadə edirsə və ananın psixoloji vəziyyəti yaxşı deyilsə..
Ana südü xəstəlik riskini azaldır.
Körpənin böyümə və inkişafına təsir edən ana südü eyni zaman gələcəkdə risk daşıyan xəstəliklərin də qarşısını alır. Ana südü ilə bəslənən uşaqlarda infeksiya, ishal, asma, ürək xəstəlikləri, diabet kimi risklər azalır.
Sıx əmizdirmək süd istehsalını sürətləndirir.
Uzm. Dr. Şemsettin Ayçiçek əmzirmə mərhələsində olan analara məsləhətlər verdi. " Ananın qidalanması çox vacibdir, ana bol su içməli və bol maye qəbul etməldir. Stresdən və ağır işlərdən uzaq dayanmalıdır. Nizamlı qidalanma vacibdir. Kifayət qədər kaloriya, protein, yağ, kalsium və digər mineral, vitamin tərkibli qidalar kifayət qədər qəbul edilməlidir. İki yaşına kimi uşaq əmizdirilməlidir. Ana südü digər qidalardan daha yaxşı həzm olunur. Körpənin psixoloji inkişafını sürətləndirir, körpəni sakitləşdirir.