1.Sual : Körpə doğulduqdan sonra necə bəslənməlidir?
Mümkünsə ilk yarım saatda, ən gec 1 saat içində əmizdirməlidir. Çünki daha sona körpə yuxuya getmək istəyəcək və körpəni oyandırmaq çətin olacaqdır. Körpələr ilk günlərdə 2-3 saatda bir əmizdirilməlidir. Yuxusu 3-4 saatı keçərsə, oyandırılıb əmizdirilməlidir. 2-3 həftədən sonra özü aclığı hiss edib oyanacaqdır.
2. Sual: "Südüm gəlmir" təlaşı ilə hazır uşaq yeməklərinə başlamaq doğrumudur?
Körpəyə doğru poza verilib əmizdirildiyi müddətdə ana südünün gəlməməsi kimi bir hal ola bilməz. Ancaq doğum sonrası analarda qayğı, körpənin ac qalma qorxusu ilə hazır uşaq yeməklərindən istifadə edirlər.
3. Sual: Ana südünü necə artırmaq olar?
Kifayət qədər maye qəbul etmək və dincəlmək ən vacib faktorlardandır. Gündə 2-3 litr arası su və ya maye içkilərin qəbul edilməsi kifayətdir.