Xüsusilə də, ana və ataların ən böyük kabusu körpələrinin qaz problemi olur. Körpənizin ümumi olaraq qaz problemi yaşayırsa, bunun ən vacib səbəbi qidalanma vəziyyətidir. Bu səbəblə körpənizə verdiyiniz qidalara diqqət etməlisiniz.
Sizə körpələrdə qaz yaradan qidaları təqdim edirik:
Ana südü
Bu sizə qəribə görünə bilər, amma ana südü qaz yaradan qidaların ilk sırasında yer alır. Körpənizi ana südündən kəsin demirik, amma ana südün də yaranan bakteriyaları da unutmamalıyıq. Bu bakteriyalar üçün qazlı içkiləri, spirti, siqareti qəti istifadə etməməlisiniz. Körpənizi qarnınızda daşıdığınız zamanları fikirləşin. Ondakı kimi qidalanmanıza diqqət edin. Unutmayın ki, siz nə yesəniz körpənizdə onu yeyəcəkdir.
Paxlakimilər
Noxud, lobya və ya körpənizə verdiyiniz mərci püresi qidalandırıcı ola bilər. Ancaq qaz yaratma ehtimalı yüksəkdir. Əgər körpənizə qaynadılmış paxlakimilər yedizdirmək istəyirsəniz, qaynatdıqdan sonra suyunu atın və bir gecə soyuq suda saxlayın.
Qatıq
Qatığın içindəki fermentlər körpənizin sağlamlığı baxımından olduqca vacibdir. Lakin tərkibindəki laktoza körpənizdə qaz yaranmasına səbəb ola bilər. Bu vəziyyətdə körpənizə xüsusi laktozasız qatıqlar ala bilərsiniz.
Tərəvəzlər
Kələm, brokoli, enginar körpənizdə qaz yarada bilir. Bu cür tərəvəzləri qaynadarkən suyuna bir miqdar adi cirə qataraq bişirmək tərkibindəki qaz yaradıcı maddələrin yox olmasına səbəb olacaqdır. Ayrıca alma, armud, şaftalı, alça kimi meyvələrdə qaz yaradır.