Yeni doğulan körpələrin baxımında ilk 6 ay çox vacibdir. Düzgün tutmağınızdan yuxu pozasına kimi bilməyiniz vacib olan bir çox məlumat var.
Körpənizi diqqətli şəkildə tutun
Yeni doğulan körpələrin əzələləri inkişaf etmədiyi üçün qucağınıza götürərkən diqqət etməyiniz vacibdir. Xüsusilə, boyun hissəsi yumşaq olduğundan bir əlinizlə boynundan tutmalısınız.
Beşikdən götürərkən və yatızdırarkən körpəni boynundan dəstəkləyin. Tutarkən çox sıxmamağa diqqət edin. Yoxsa beyinə zərər verə bilərsiniz.
Əmizdirərkən körpənizi uyğun mövqedə tutun
Ana südü sağlamlıq baxımından da çox diymətlidir. Körpənin immunitet sistemini gücləndirir.
Əmizdirərkən körpənizin südə rahat çatmasına diqqət edin. İlk vaxtlar bunun nizamlanmasını sizin etməyiniz lazımdır. Bunun üçün əvvəlcə körpənizi sinənizə doğru gətirin. Boynundan dəstəkləyərək daha rahat şəkildə içməsinə köməklik edin.
Körpənizin qazını çıxartmayı yaddan çıxartmayın
Körpənizin əmizdirmə vaxtında aldığı hava, həzmini çətinəşdirə bilər. Bu da körpənizi rahatsız edər.
Bu səbəbdən artıq havanı sərbəst buraxmaq üçün qazını çıxarmağınız olduqca vacibdir.
Körpənizi oturtma mövqeyində qucağınıza alın. Bir əlinizlə körpənizi öndən tutarkən digər əlinizlə yavaşca kürəyini sığallayın. Yüngül gəyirmə səsini eşidənə qədər davam edin.
İlk vaxtlar sadəcə süngər vannası qəbul etdirin
Qalan göbək bağı düşənə qədər körpənizə süngər vannası qəbul etdirin. Göbək bağı quru qaldığında 2 və ya 3 həfdə içində düşəcəkdir. İslansa yavaşca qurulayın. Təzə doğulan körpələr çox çirklənməzlər. Bu səbəbdən süngər vannası qəbul edərkən körpənin dərisini sərt şəkildə sürtməyin. İlıq su istifadə edin.
Göbək bağı düşdükdən sonra normal çimizdirə bilərsiniz. İlk həftədə iki dəfə vanna qəbul etməsi kafi olacaqdır.
Körpənizi arxası üstündə yatmasını təmin edin
Gün içində qısa yuxular üçün arxası üstə yatmasına diqqət edin. Sağlam bir körpə üçün ən güvənli yatma möqeyidir.
Yatarkən körpənizi başı və üzü örtülü olmamalıdır. Adyal örtəcəksinizsə, sinəyə qədər örtün. Pijamalarına da diqqət yetirin. Çox sıxan və rahatsız edən olmamalıdır.
Pampersini vaxtında dəyişdirin
Pampers dəyişdirmək pis iyli ola bilər. Amma mütləq ciddiyə almağınız lazım olan bir vəzifədir.
Körpənizin pampersini çirkləndirdiyində mümkün olduqca tez dəyişdirin. Təzə pampersi taxmadan əvvəl cildini təmizləyib qoruyucu krem tətbiq edin.
Pampersi dəyişmədikdən əvvəl bütün vasitələrin yanınızda olduğuna əmin olun.