Qadin.NET / Körpələrdə göbək yırtığı

Körpələrdə göbək yırtığı

 

Körpələrdə göbək yırtığı

 

Körpələrdə göbək yırtığı çox sıx-sıx qarşımıza çıxan bir haldır. Bu bağırsaqların və ya göbək ətrafındakı orqanların bayıra çıxması (tam və ya qismən meyillənməsi) və bu səbəbdən göbəyin bayıra doğru qabarması ilə səciyyələnən bir vəziyyətdir. Körpə ağlayarkən göbəkdəki bayıra doğru çıxmış bu şişkinlik daha da qabara bilir. Lakin ümumulikdə bu problemin yaranmasına səbəb körpənin ağlaması və ya gücənməsi deyildir.

Körpələrdə göbək yırtığı

Sadəcə körpədəki göbək qatları hələ də tam bağlanmamışdır. Bu diaqnozu tam dəqiqləşdirmək üçün körpənin göbək nayihəsinin ultrasəs müayinəsini etmək lazımdır. Digər yırtıqlardan fərqli olaraq göbək yırtığı adətən hər hansı bir fəsadlara, ağırlaşmalara səbəb olmur. Ona görə həkimin diaqnozundan sonra bir müddət, adətən 1 il (bəzən də daha çox müddət) gözləmək lazımdır. Bu yırtıq tədricən öz-özünə qapanacaqdır. Yırtıq zamanı bəzən körpənin göbəyinə bantlar, bəzən də qəpik bağlayırlar ki, bu da doğru deyildir və daha da ağırlaşmalara səbəb ola bilər.

 

Uzman Dr. Altay Abdullaoğlu / Pediatr-Neonatoloq

23 iyun 2016
GO BACK