Əmizdirməyə mütləq doğuşdan sonrakı ilk saatlar ərzində başlayın.
Əmizdirmə zamanı rahat bir vəziyyətdə olmalısınız. Xüsusilə ilk həftələr saatlarla bu vəziyyətdə oturacağınız üçün rahat bir kreslo, ayağınız altına dəstək, qolunuzun altına yastıq, rahatlığınız üçün nə lazımdırsa edin.
Körpənizin yalnız başı deyil, bütün bədəni sizə doğru olacaq şəkildə, göbək göbəyə təmas edərək uzadın. Uyğun mövqeuğurlu əmizdirmənin sirridir.
Döşünüzü altdan dörd barmağınızla, baş barmağınız üstdə qalacaq şəkildə tutun. Barmaqlarınız areola hissəsinə (qəhvəyi hissə) toxunmamalıdır.
Körpənizin ağzını açaraq axtarması üçün üst dodağına və ağız kənarına toxunun. Ağzını yaxşıca açana qədər dodağına döş ucu ilə toxunmağa davam edin.
Düzgün əmizdirmə: Döş ucu və areolanın böyük hissəsi uşağın ağzında olmalıdır. İlk əmmə anında bir az ağrı olsa belə ritmik əmməyə keçdikdən sonra əmməyi hiss etməlisiniz ancaq ağrı hiss etməməlisiniz.Əgər ağrımağa davam edirsə əmmə mövqeyində səhv vardır, çat yaranmaması üçün uşağı döşdən ayırıb düzgün əmməsini təmin etməlisiniz.
Əmizdirmə qaydaya düşənə qədər hər əmizdirmədə iki döşünüzü birdən verməlisiniz. Körpələrin çoxu10-20 dəqiqə ərzində əmirlər. Əmizdirmə müddətini müəyyən edən körpədir.
Uşağın döşdən ayrılmasını istədikdə barmağınızı ağzının kənarından damağına doğru salın və dodaqlarını boşaldanda yavaşca döşdən ayırın.
Körpənizin qazını əmizdirmə bitdikdə və döş dəyişərkən mütləq çıxarın. Ana südü yeyən körpələr ilk günlərdə butulkadan yeyənlər qədər qaz çıxarmaya bilər,südünüz bollaşdığı zaman daha çox qaz çıxarmağa başlayacaqdır.
Əmizdirməyə hər dəfə fərqli döşlə başlayıb hər iki döşü də verin.
Körpəni istədiyi zaman əmizdirin. İlk ayında körpə dörd saatdan çox yatarsa oyadıb əmizdirə bilərsiniz. Körpənin əmmə aralığı nizamsız ola bilər. Süd artdıqdan sonra körpələr adətən 2-3 saat fasilə ilə gündə 8-10 dəfə yeyərlər.
İlk dörd həftə uşağınıza yalnız ana südü verməyiniz kifayət qədər süd ifrazının yaranması üçün çox əhəmiyyətlidir. Süd ifrazatı 4-6 həftə sonra artacaqdır. Bu dövrdə butulka və ya əmzik istifadə etməmək ən münasibidir.
Döşlərinizin qayğısına qalmaq üçün hər gün duş qəbul edin və döşlərinizi sabun istifadə etmədən yalnız su ilə yuyun. Gecə -gündüz döşlərinizi rahat saxlayan və sıxmayan bir alt paltarı geyinin.
Yaxşı qidalanın.Daha çox protein, kalsium və maye tərkibli, qidalandırıcı ara öyünləri olan bir pəhriziniz olsun. Yağ və şəkəri az qəbul edirsinizsə siz də körpənizin sağlamlığına zərər vermədən əvvəlki kilonuza qayıda bilərsiniz.
Dincəlin, özünüzə vaxt ayırın. Gün ərzində uşağınız yatdığı zaman siz də yatın.
Körpənizin sağlam qidalanmasının yeganə göstəricisi çəkisinin artmasıdır amma ilk 48 saatını keçirmiş yaxşı qidalanan bir körpə adətən gündə 4-6 dəfə altını isladır, gündə ən az iki dəfə, bəzən hər əmizdirmədə böyük tualetini edər, ikinci həftəsindən sonra nizamlı olaraq çəkisi artar.
Ana südünü siz yox ikən körpənizə vermək üçün sağıb saxlamağınız lazımdırsa:
Sağma prosesinə başlamazdan əllərinizin, döşünüzün və sağmaq üçün istifadə edəcəyiniz vasitənin təmiz olduğundan əmin olun.
Sağdığınız südün saxlama qabına mütləq tarix etiketi yapışdırın.
Sağdığınız süd otaq temperaturunda 4 saat, soyuducuda 5-7 gün, dondurucuda 2 ay qədər saxlanıla bilər.
Soyudulmuş süd öyünlük paylar şəklində birləşdirilə bilər ancaq əvvəlcədən dondurulmuş südə təzə süd əlavə olunmaz. Öyündən sonra artan südlər atılır.
Soyudulmuş süd ilıq suya salaraq qızdırılır, mikrodalğadan istifadə edilməz! Süd donduğu zaman yağ təbəqəsi üzə çıxır, qızdırdıqdan sonra yavaşca çalxalayaraq qarışması təmin edilir.
Ana südü necə artırılır:
İnkişafın sürətləndiyi dövrlərdə bir neçə gün ərzində südünüzün uşağınıza çatmadığını, döşlərinizin boşaldığı halda körpənizin əmmə istəyinin davam etdiyini, körpənizin tez-tez əmərək süd ifrazatını artırmağa çalışdığın
ı bilə bilərsiniz.Döşünüzün qısa fasilələrlə boşaldılması, maye qəbuluna və qidalanmağa diqqət etmək və kifayət qədər istirahət etmək qısa müddətdə süd ifrazatını körpənin ehtiyacını ödəyəcək səviyyəyə çatdıracaqdır.
Hər iki döşü də hər əmizdirmədə 10-20 dq. verin.
Gündə 9-12 dəfə, 2-3 saat fasilə ilə əmizdirməyə çalışın.
Körpəniz döşünüzü tam azad etmədən əmməyi dayandırarsa uşağın başını,bədənini tumarlayın.
3 gün ərzində süd ifrazatınız artmamışsa hər bir döşünüzü hər əmizdirmədən sonra 5-10 dq. müddətində sağın.
Fuad Nəzərov