Qadin.NET / Uşağın yuxusunu qoruyun

Uşağın yuxusunu qoruyun

Uşağın yuxusunu qoruyun

Südəmər uşağa yuxu üçün bütün şərait: sakitlik, isti, mümkün qədər təmiz hava olduqda və gecə elektrik işığı onu narahat etmədikdə istədiyi qədər yata bilər. Bir çox analar buna əməl etmirlər, yatan uşaqın yanında gəzişir, ucadan danışır, radioya qulaq asırlar və s. Bundan başqa bir çox analar elə bilirlər ki, uşaqlar səs-küyə öyrəşməli və belə şəraitdə də rahat yatmalıdırlar. Uşaq buna alışmamalıdır. Əlbəttə uşaq çox yorulubsa, elektrik işığında da yatacaqdır, lakin onun yuxusu sakit olmayacaq və o lazımınca dincəlməyəcəkdir, bu isə onun inkişafına pis təsir edəcəkdir.

Əlbəttə mənzil şəraiti əlverisli olmadıqda sakitlik və uşaqın yaxşı yatması üçün lazimi olan başqa şəraiti yaratmaq olmur, lakin mümkün qədər buna çalışmaq lazımdır.

Südəmər uşağı heç vaxt oyatmayın. 

Usaq yuxudan doyduqda özünü yaxşı hiss edəcək, şən və qıvraq olacaqdır. Uşağı əmizdirmək vaxtı çatdıqda da oyatmaq lazım deyil! Uşaq yuxudan doyarsa, daha həvəslə əməcəkdir. Əmizdirməni bir dəfə buraxmağın eybi yoxdur. Lakin bu tez-tez baş verirsə, yenə də uşağı oyatmayın, əmizdirmə saatlarını dəyişin əziz analar.  

Uşağın yuxusunu qoruyun

Uşaq çətin yuxuya gedir.

Bir çox analar uşaqın çətin yuxuya getməsindən şikayətlənirlər. Uşağa ciddi tonla demək, yaxud qışqırmaq kömək etmir: uşaq daha da həyəcanlı olur. Sakit yuxu üçün otaqda lazimi şərait yaradılıbsa, heç bir şey etmək lazım deyildir. Uşaq oturmaq, yaxud qalxmaq istəyirsə, onu güclə yatırtmaq lazım deyil. Otaqda səs yoxsa, uşaq tez yuxuya gedəcəkdir. Uşaq ümumiyyətlə çətin yuxuya gedirsə , onun rejiminə baxmaq lazımdır, uşaq gündüz çox yatır, yaxud ayıq vaxtı oynaması üçün imkan yoxdur, adətən körpə uşaqlar çox oynadıqdan sonra yuxuları gəlir. Ola bilsin ki, uşağa təmiz hava lazımdır. Sağlam uşaq həmişə rahat yuxuya gedir, rahat da oyanır. 

Yuxu cəhətdən də südəmər uşaqlar bir-birindən fərqlənirlər: uşaqların birisinə çox olan şey, o birisinə kifayət etməyə bilər. Hər bir südəmər uşaq istədiyi qədər yuxulamalıdır. Uşaq normal inkişaf edirsə, qıvraqdırsa, zirəkdirsə və əhval-ruhiyyəsi yaxşııdrsa, gündüz az yatmasının eybi yoxdur. Uşaq lazimi şəraitdə saxlanılırsa, o bütün gecə yatır.

Adətən yeni doğulmuş uşaq bütün günü yatır, ancaq döş əmmək üçün oyanır. Sonralar südəmər uşaq ətrafakılarla maraqlanmağa başlayır, az yatır. Uşaq 2-3 aylığında bütün gecə yatır, gündüz isə yuxu ilə ayıq vaxt arasında 1-2 saat fasilə olur. Bir yasinda uşaq gündüz yuxuda olduğundan 2 dəfə çox ayıq qalır. Uşaq gündüz yatmağa adət edibsə, onu günorta yatırtmaq (saat 12 dən 2 yə kimi) daha yaxşıdır. Uşağı gündüz bundan gec yatırtdlqda (saat 3 ilə 5 arasında) , axsam o gec yuxuya gedəcəkdir.

8 sentyabr 2015
GO BACK