Qadin.NET / Körpənizə günəş kremi sürtməyin

Körpənizə günəş kremi sürtməyin

Körpənizə günəş kremi sürtməyin
Mütəxəssislər allergiya təsirləri ola biləcəyi səbəbiylə 6 aydan kiçik körpələrə günəş qoruyucu krem məsləhət görmürlər.
Həddindən artıq istilərin yaşandığı yay aylarında valideynlərə, 6 aydan kiçik körpələrinə günəş qoruyucu krem sürtməmələri xəbərdarlığı edildi.
Körpənizə günəş kremi sürtməyin
Xüsusilə, iyul və avqust aylarında dərinin günəşin zərərli təsirləriylə qarşı-qarşıya qaldığı bildirilir.
Dərinin yalnız daxili  orqanları qorumadığını, eyni zamanda D vitamini sintezi etdiyini ifadə edərək xüsusilə 6 aydan kiçik körpələrə qətiliklə günəş qoruyucu krem məsləhət görülmür.  
Körpənizə günəş kremi sürtməyin

Çünki günəş qoruyucularının özlərinin də allergiyaya meylli yan təsirləri ola bilir. Bu təsirlərin səbəbi  körpələr üzərində dəqiq olaraq araşdırılmamaqdadır. 

Daha çox 1 yaşından sonra günəş qoruyucu kremlərdən istifadə etmək olar. 
Körpənizə günəş kremi sürtməyin
Bu kremlər gündə ən az 3-4 dəfə, uşağın ehtiyacına görə, dənizə girib çıxdıqdan sonra təkrar-təkrar sürtülməlidir. Bundan başqa uşaqlar saat 10.00 ilə 16.00 arasında günə qətiliklə çıxmamalıdır. Həssas uşaq dəriləri üçün əsas qoruma budur. Çünki uşaqlar böyüməkdə olan orqanizmləri və  dəriləri  çox həssas  bir orqandır. 
Mütəxəssislər geniş şlyapalar və çətir kimi əşyaların da uşaqların qorunmasında əhəmiyyətli olduğunu vurğulayıblar.
15 may 2016
GO BACK