Qadin.NET / Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?

Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?

Körpələrniz vannada  sularla oynamağı sevir və çox əylənirlər. Lakin vannada körpənizin təhlükəsizliyi üçün mütləq bilməniz lazım olan qaydalar da var. Ən əhəmiyyətli qayda isə nə olursa, olsun körpənizi vannada yalnız buraxmamalısınız. Körpənizi çimdirmədən əvvəl bütün vəsaitləri əlinizin altında saxlayacaq şəkildə hazırlamalısınız. Uyğun su istiliyində üşütmədən onu yuyundurmalı və qurulamalısınız. Körpə vannası haqqında anaların ən çox maraq etdiyi sualları cavabları bunlardır.

Körpəmin vanna suyunun istiliyi necə olmalıdır?

Suyun istiliyini termometr ilə ölçə bilərsiniz. Bəzi duş termometrlərinin eyni zamanda uşağınız üçün əyləncəli bir oyuncaq ola bilir. Bir çox termometr ideal bədən istiliyi olan 37-38 dərəcə arasını göstərir. Su istiliyini ölçə bilməyin bir digər asan yolu da dirsəyinizi suya salmaqdır. Əlinizi suya soxaraq doğru şəkildə suyun istiliyini anlaya bilməzsiniz, çünki əliniz suyu nə isti, nə də soyuq hiss edə bilər.

Vannadakı suyun dərinliyi necə olmalıdır?

Yeni doğulmuş və altı aylıq körpələr üçün 13 sm dərinlik idealdır. Yəni körpəniz ləyənində oturduğunda dizlərini bağlayacaq qədər su kafidir. Körpəniz oturaq vəziyyətdə su bel boyunu əsla keçməməlidir. Diqqət yetirməniz lazım olan əhəmiyyətli nöqtələrdən biri də; su axmağa davam edərkən  körpəni ləyənə oturtmamaqdır. Su birdən yüksələ və təhlükə yarada bilər.

Körpəmi ləyəndə necə oturtmalıyam?

Körpənizi yavaşca ləyənə yaxınlaşdırarkən bir əlinizlə altdan poposunu tutun. Digər qolunuzla da baş arxasından dəstək verin. Körpəniz ləyənə rahat bir şəkildə yerləşdikdən sonra üzərinə bir az su tökə bilərsiniz. Körpəniz hələ öz-özünə oturmursa, bir duş zənbili, otura bilirsə, bir duş oturacağı istifadə edə bilərsiniz.

Ən əhəmiyyətlisi oturmağa başlamış olsa belə körpənizi əsla vannada yalnız buraxmayın. Körpələr 3 sm-dən az suda belə boğula bilərlər. Sürüşməsi və başının suya girməsi saniyələr içində ola bilər. Körpələr belə bir vəziyyətdə çırpınamaz və səs çıxara bilməzlər. Körpənizə böyüməyə başladığı zaman vannada necə oturması və dayanması lazım olduğunu öyrədin. Yuyunma prosesi bitər-bitməz ləyəni boşaltmaq da bir digər işiniz olmalıdır.

Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?

Körpəmi neçə vaxtdan bir çimizdirməliyəm?

Bu sizin özünüzə qalmış bir işdir. Hamam zamanı həm siz, həm də körpəniz üçün əyləncəli ola bilər. Əgər körpənizi hər gün yumaq istəmirsinizsə, ilk aylarda həftədə iki və ya üç dəfə yumanız məsləhətdir. Körpəniz bir neçə aylıq olduqdan sonra yatmazdan əvvəl rahatlanması üçün onu çimizdirə bilərsiniz. Saçını hər gün yumanıza ehtiyac yoxdur, çünki saçı çox az yağlanır və həftədə 1-2 dəfə yumaq kifayətdir. Körpənizin cildinə uyğun təbii məhsullar seçməniz və dərisini nəmləndirməniz də əhəmiyyətlidir.

Körpəmlə birlikdə yuyuna bilərəmmi?

Körpəniz 2 aylıq olduqdan sonra və vannada  onu möhkəmcə tuta biləcəyinizdən əminsinizsə, birlikdə yuyuna bilərsiniz. Körpənizi vannadan çıxararkən, onu dəsmala dolaması üçün birinin sizə kömək etməsi çox vacibdir. Əvvəl özünüz yuyunun, sonra da körpənizi yuyun.

Bir neçə saniyəliyinə duşdan çıxa bilərəmmi?

Xeyr! Bunu qətiliklə məsləhət görmürük. Başlamazdan əvvəl körpənizin yuyunması üçün lazım olan hər şeyi əksiksiz olaraq əlinizin altında saxlayın. Dəsmallar, şampunlar, duş matı yəni hər şey əlinizin çata biləcəyi bir yerdə olsun. Körpənizi bütün hazırlıqları bitirdikdən sonra duşa salın və əsla onu yalnız buraxmayın. Əgər qapı və ya telefon çalarsa, çox təcili deyilsə, baxmayın və ya körpənizi bir dəsmala bürüyüb qucağınıza alaraq telefona cavab verməyə gedin.

18 may 2015
GO BACK