Qadin.NET / Bala dadı-bal dadı

Bala dadı-bal dadı

Bala dadı-bal dadı

Bala... İnsanın canının bir parçası. Ondan ayrılmış bir zərrəcik...O hissə nələrə qadirdi, İlahi. Elə bir cazibə yoxdur onu əvəzləyən. 

Hətta böyük adaların belə təbii fəlakətlər zamanı bir hissəsi ayrılır araya okean suları daxil olur. Hələ şagird olarkən xəritədə belə adalara baxanda məni heyrət qarışıq maraq bürüyərdi... O ayrılmış hissə necə də ayrıldığı yeri bəlli edərdi... Heç bir təbii fəlakət bu yeri doldurmazdı... 

Bala dadı-bal dadı

Bala da belədir. Bəlkə, haçansa, hansısa səbəbdən dolayı ayrı düşür balalar, amma yenə də o yeri, o boşluğu qalır. Səmanı qara buludlar alar balalar xəstələnəndə... Günlərlə oyaq qalar insan...”Uca Rəbbim Balam gələn mənə gəlsin”, ”Onunla sınama, Ya Rəbbim məni” deyərik. 

Bala dadı-bal dadı

Bəzən bir həsrət, bəzənsə, bir nisgil sarır insanı balasından uzaq düşəndə. İsti nəfəsi, gülüşü, bəzən səni yoran dəcəlliyini belə özləyir insan...Dünyanın heç yerində rast gəlinməyən, səni məst edən ətri burnunda... Səsi qulaqlarında...

Bala dadı-bal dadı

O ürkək qanadlara bənzər qolları ilə sənə sayrışanda bir anlıq bütün dərdlərini, ağrı- acını unudursan. Elə hərarət var ki o nəfəsdə. Elə dad var ki o öpüşlərdə... Bal dadı...Dünyanın ən şirin dadı...Uca Rəbbim arzusunda olanlara nəsib etsin, inşAllah.

18 aprel 2016
GO BACK