Qadin.NET / Uşaqlara masajı necə edirlər?

Uşaqlara masajı necə edirlər?

Uşaqlara masajı necə edirlər?
Həkimlərin də dediyi kimi masajın uşağa çox xeyri var. Bəs bunu necə edə bilərik? Masajda yalnış hərəkət uşağınızda başqa xəstəliklərə yol aça bilər. Masaj uçun xususi yağlar var. İndi gəlin uşaqlara necə masaj olunur birlikdə oxuyaq. Diqqətlə oxuyun, əziz xanımlar!
Uşaqlara masajı necə edirlər?

Qol masajı

Uşağınızın qolunu qaldırın, çiyindən biləyə doğru bir əlinizlə, sonra da o biri əlnizlə yavaşca masaj edin. Bu masajın adına "Hind masaji" deyirlər. Ovxalama zamanı biləkdən əllərə qədər də masaj edə biləsiniz. Eyni hərəkəti bu dəfə də biləkdən çiyinə qədər edin. Uşağınızın əlini açın, hər barmağını sıra ilə ovun. Son olaraq uşağınızın qolunu əlinizin içinə alaraq içə doğru dairəvi şəkildə yavaşca ovun.

Uşaqlara masajı necə edirlər?
Qarın masajı
Qarın masajı uşağınızı sadəcə rahatlaşdırmır, köp çıxarmasına, qəbizlik probleminə də yardım edir. Əllərinizi özünüzə doğru qum çəkər kimi uşağın qarnından qıçlarına doğru masaj edin. Bu uşağınızın qarın əzələlərini bərkitməyə də kömək edəcək. İkinci hərəkətdə isə sağ əlinizdən istifadə edin. Bu uşağınızın mədəsini daha da rahatlaşdırcaq. Qarın masajını barmaqlarınızın ucu ilə körpənizin göbəyində soldan sağa doğru yeridərək tamamlayın. Bu hərəkət uşağınızın köpünü çıxarmasına kömək edəcək.
Uşaqlara masajı necə edirlər?
Kürək masajı
Bir çox ana-ata uşağın kürəyini ovmaqla masajı bitirməkdən xoşu gəlir. Uşağı bir yastığın üzərinə üzü üstə qoyun. Bunu edərkən əllərinizin yağlı olduğundan uşağınızın sürüşə biləcəyini unutmayın, diqqətli olun. Bunu edərkən uşağınızın kürəyinin aşağısından yuxarı doğru yavaşca qaldıraraq oxşayın. İki əlinizi boyununa tutun və barmaqlarınızla uşağın onurğasını yavaşca oxşayın. Daha sonra barmaqlarınızla uşağın kürək hissəsində kiçik-kiçik dairələrə masaj edin. Masajı tamamamlamaq üçün uşağınızın boynundan aşağıya doğru yavaşca barmaqlarınızı sürüşdürün. Beləliklə, masajımızı burdaca tamamlayırıq...
6 yanvar 2015
GO BACK