Qadin.NET / Uşaqlarda burun qanaması

Uşaqlarda burun qanaması

Uşaqlarda burun qanaması

Uşaqlarda burun qanaması valideynlərdə qayğını artıran bir vəziyyətdir. Ancaq uşaqlardakı əksər burun qanamaları xoş xasiyyətlidir və evdə müalicə edilə bilir. Uşaqlarda burun qanaması ən çox 2-10 yaş arası meydana gəlir. Körpələrdə burun qanaması normal deyil və bir həkim tərəfindən tətqiq edilməlidir.

Uşaqlarda burun qanaması ani və nadir görülür. Bəzi uşaqlarda isə daha çox təkrarlanan burun qanamaları ola bilər. Qanama əksər vaxtlarda burunun bir tərəfindən gəlir. Qanama daha çoxdursa, o biri tərəfdən də gələ bilər.  

Uşaqlarda burun qanaması

Uşaqlarda burun qanamalarının ən əsas səbəbi kiçik travmalardır. Buruna birbaşa xəsarət, üst tənəffüs infeksiyası, buruna yad cismlərin salınması, allergik rinit, istiliyə məruz qalma və quru hava burun qanamasına səbəb olan digər səbəblərdir. Uşaqlarda burun qanamasının az bir qism səbəbləri də leykoz, burun şişləri və qan laxtalanmasıdır.

Qan duruladıcı həblərin bilmədən içilməsi (məsələn, varfarin) uşaqlarda burun qanamalarının nadir səbəblərindəndir.  

Uşaqlarda burun qanaması

Uşaqlarda burun qanamalarıyla əlaqəli edilməsi lazım olanlar

- Valideyn olaraq uşağınızı qucaqlayın və ona güvəndə olduğunu hiss etdirin.

- Uşağı oturdaraq barmağınızla bir əl dəsmalını burnuna tutun, 10 dəqiqə boyunca uşağın burnunu tutun. Əgər 15 dəqiqədə qan dayanmırsa, bir tibbi dəstək alın.

- Burun qanaması dayandıqdan sonra yenidən təkrarlanmaması üçün uşağın istirahət etməsinə şərait yaradın.

- Uşağınıza bir neçə gün burnunu oynatmamasını deyin. Yəni burnuna əl vurmamağa çalışsın.

- Əgər qanama davam edərsə, eyni prosesi təkrarlayın. Bu dəfə də dayanmasa, həkiminizə müraciət edin.

Burun qanamaları təkrarlanırsa, tibbi dəstək alınmalıdır. Əsas səbəblərin aydınlaşdırlması üçün lazımi analizlər edilib qanamanı müalicə etmək lazımdır.

9 noyabr 2014
GO BACK