Qadin.NET / Körpənin ilk anları

Körpənin ilk anları

Körpənin ilk anları
1952-ci ildə Virginia Apgar tərəfindən dünyaya təqdim olunmuş olan"APGAR" hesabı yeni doğulmuş körpənin sağlıq vəziyyətini araşdırmağın ən tez və güvənilən bir yoludur. Bu dəyərləndirmə uşaq doğulan kimi yəni 1 və 5-ci dəqiqələrdə təyin edilir. Hər birinə 0-2 arası bal verilən 5 tapıntının dəyərləndirilməsindən ibarət olur. Bunlar;
1. Ürək döyüntülərinin surəti;
2. Nəfəs alıb-vermə;
3. Bütün əzələlərin möhkəmliyi;
4. Refleksləri;
5. Uşağın rəngidir. 
6-10 arası bal nisbəti normal sayılır. Əgər bu nisbət 4-dən aşağıdırsa, təcili müdaxilə tələb edir.
"APGAR" hesabı doğum vaxtı körpənin sağlıq vəziyyətini təyin etməkdə istifadə olunur. Əgər bu hesab zəifdirsə, həm ana, həm də körpəylə mənfiliklərin göstəricisi ola bilər. "APGAR" hesabı körpənin doğum zamanı oksigensiz qaldığını göstərməz və bu səbəblə əsla istifadə edilməməlidir. Doğum zamanı körpənin oksigensiz qalması ilə əlaqəli yaranan spastiklik (serebral iflic) diaqnozu qoya bilmək üçün çox sayda hesabatlanmış tibbi müayinı lazımdır. "APGAR" hesabına görə bu diaqnoz qoyula bilməz.
Doğumda "APGAR" hesabı aşağı olan körpələrin gələcəkdə spastiklik (serebral iflic) keçirmə riski 1%-dən də azdır. Əksinə spastiklik (serebral iflic) olan uşaqların 75%-də doğum zamanı "APGAR" hesabı normal müəyyən olunmuşdur. İstər normal, istərsə də qeysəriyyə doğumu olsun, yeni doğulan körpənin baxımı ilə əlaqədar lazımlı təhsili olan sağlamlıq personalının doğum salonunda olması lazımdır.
Körpənin ilk anları
Yeni doğulan körpəyə illik qulluq
Doğuş istər təbii yolla, istərsə də qeysəriyyə yolu ilə reallaşsın, körpənin başı, üzü doğulan kimi silinir və ağız, burnu yaxşıca təmizlənir. Göbək bağı kəsildikdən sonra körpə yeni doğulan uşaqların baxımı üçün nəzərdə tutlmuş otaqda təcrübəli olan tibb bacılarına təslim edilir. Buxarlaşma nəticəsində yaranacaq istilik itkisini minimuma endirmək üçün körpənin bədəni dərhal silinir və qurulanır və körpə isti bir yerə aparılır.
Yeni doğulan körpənin arıqlamağı
Yeni doğulan körpələrin bir çoxu ilk 3-4 gün içərisində sürətli bir şəkildə arıqlamağa başlayır və doğum kilosunun 30%-ni itirirlər. Erkən doğulan körpələr isə daha çox arıqlayır və doğum ağırlıqlarına çox gec qayıdırlar. Uşağın arıqlamağı gözlənilən çəkinin altındadırsa, bu, ananın körpəsini tam əmizdirə bilmədiyi mənasına gəlir. Vaxtında doğulan körpələr mütəmadi olaraq düzgün qidalanarsa, 10 gün sonra ilk doğum ağırlıqlarına, 5 ayın sonunda doğum ağırlıqlarının 2 qatına, 1 ilin sonunda isə ağırlıqlarının 3 qatına çıxarlar. Doğumdan sonra hər körpəyə hələ özünün istehsal edə bilmədiyi və ana südündə də olmayan K vitamini verirlər. K vitamini yeni doğulan körpəni ola biləcək qanamalara qarşı qoruyur.
Doğum sonrası hər körpəyə edilən digər bir tətbiq də Hepatit B peyvəndidir. Anada Hepatit B daşıyıcılığı vardırsa, körpəyə əlavə olaraq qoruyucu anticisim ehtiva edən bir dərman da tətbiq olunur. Əgər Hepatit B daşıyıcısınızsa, hamiləlik əsnasında və doğum üçün xəstəxanaya gedərkən də bunu həkiminizə xatırlatmalısınız.
Körpənin ilk anları
Yeni doğulan körpəyə dərman tətbiqi
İnkişaf etməkdə olan ölkələrdə daha çox olmaq üzrə dünyada hələ də doğuş zamanı korluq hadisələri müşahidə edilməkdədir. Bu görmə qabiliyyətinin itkisinin səbəbi körpənin doğum kanalından keçərkən anada olan bel soyuqluğu (gonora) və ya "chlamidya" kimi genital infeksiyalara səbəb olan mikroorqanizmlərin körpənin gözünə keçməyidir. Bu infeksiya doğumdan dərhal sonra körpənin gözünə damladılan sadə antibiotiklərlə önlənə bilər və bu, bütün körpələrə olaraq tətbiq olunur.
16 sentyabr 2014
GO BACK