Qadin.NET / Az süd əmməyin zərərləri

Az süd əmməyin zərərləri

Az süd əmməyin zərərləri

Körpəlikdə kifayət qədər süd əmməyən uşaqlar böyüdükcə maddi və mənəvi cəhətdən bir sıra problemlərlə qarşılaşır. Əmizdirmə zamanı ehtiyacları tam qarşılanmayan uşaqlarda böyüdükdən sonra ağızlarının mütəmadi olaraq işlənməsi kimi ehtiyaclar yaranır. Buna görə də onlarda  tütün çeynəmək, siqaret çəkmək, spirtli içkilər içmək, diş çöpünü gün ərzində ağızda çeynəmək, narkotik madələrdən istifadə kimi zərərli vərdişlər yaranır. Körpəliyində kifayət qədər ana südü içməmiş şəxslərdə zərərli maddələrdən asılılıq kimi halları çox tez-tez müşahidə edilir.  

Az süd əmməyin zərərləri
Türkiyədə bu problemi az da olsa, aradan götürmək üçün "Ailəyə kömək" adlı tədbir keçirilib. 2007-ci ildən 2011-ci ilə qədər davam edən bu tədbirin həyata keçirilməsi zamanı valideynlərə uşaqları ilə sıx əlaqədə olmaları tövsiyə edilib. Bununla yanaşı, belə vərdişlərə sahib olan uşaqlarla da fərdi görüşlər təşkil edilib və bu görüşlər zamananı maraqlı bir nəticə əldə edilib.
Həyata keçirilən bu araşdırmalara rəhbərlik edən Cemil Paslı qeyd edir ki, süd əmmə dönəmi insan həyatının ilk ilini təşkil edir.  
Körpənin inkişafında bu dövr çox böyük əhəmiyyət kəsb edir. Bir çox problemin, eləcə də şəxsiyyətin quruluşundakı problemlərin bu dövrdən qaynaqlandığını bildirən Cemil Paslı süd əmmə zamanı toxluğun yaranmamasının və ehtiyacın tam qarşılanmamasının körpələrdə bir şəxsiyyət olaraq dərin izlər buraxdığını vurğuladı.
Bu dövrdə fərdin həzz qaynağının ağız olduğunu vurğulayan Paslı buna görə körpələrin hər şeyi ağızlarına alaraq tanımağa çalışdığını bildirib.
Az süd əmməyin zərərləri
Kifayət qədər süd əmməyən uşaqlarda irəliləyən illərdə köklük kimi bir problem özünü göstərə bilir. 
Cemil Paslı yekun olaraq bunları vəminliklə vurğuladı ki, adamlarda həddindən artıq köklük, spirtli içkiyə meyllilik, siqaret aludə olmaq, tütün çeynəmək kimi zərərli vərdişlər özünü büruzə verə bilir. Uşaq vaxtı anasından kifayət qədər süd əmməmiş uşaqlarda əmmə refleksi həl ədə aktiv olduğundan bu həm fiziki, həm də mənəvi olaraq onlarda bu tip qüsurların yaranmasına gətirib çıxardır. Həm ağızətrafı hüceyrələr, həm də mərkəzi sinir hüceyrələr əmmə refleksinin qarşılanmasını illər keçsə də gözləyir. Bununa əlaqəli olaraq da, müxtəlif həssaslıqlar ortaya çıxır və bunlar da mənfi vərdişlər yaradır. 
25 aprel 2014
GO BACK