Qadin.NET / Uşaqlara süd içməyi sevdirmənin yolları

Uşaqlara süd içməyi sevdirmənin yolları

Uşaqlara süd içməyi sevdirmənin yolları

Hər kəsin bildiyi kimi uşaqların inkişafı üçün ən əhəmiyyətli qida məhsullarından biri süddür. Uşaqların daha sağlam, güclü və ağıllı ola bilmələri üçün hər gün ən azı iki stəkan süd içməklərinin çox əhəmiyyətlidir. Mütəxəssislər uşaqların immunitetinin sağlam inkişafı üçün süd və süd məhsullarına üstünlük verərək nizamlı və balanslı olaraq istifadə etmələrinin çox vacib olduğunu söyləyirlər.

Uşaqlara südü sevdirmənin bir neçə yolu

Hamilə ikən süd içən qadınların uşaqları süd içməyi sevir!

Körpənin dad duyğusu hələ ana bətnində inkişafa başlayır. Hamilə olarkən yeyilən yeməklərin dadının amniotik mayeyə keçir, bu vasitə ilə uşağın doğulub böyüdükcə ona veriləcək olan qidaların dadı süd də daxil olmaqla ona tanış gələcək.

Uşaqlara süd içməyi sevdirmənin yolları

Körpəniz 6 aylıq ikən ona süd verə bilərsiniz

Əlavə qidalara keçəndə balanslı qidalnma ilə inək südü də verilə bilər. Bu şəkildə uşağınız çox tez südün dadına öyrəşəcəkdir. Ancaq gündəlik süd məhsulunun miqdarının 500 ml-ni keçməməsi dəmir əksikliyi və qansızlıq riski üçün əhəmiyyətlidir.

Qidalanma vərdişinizlə uşağınıza nümunə olun!

Uşaqlar sözlərlə və ətrafında gördüyü hərəkətlərlə öyrənər. Özünüz onun yanında süd içərək uşağınıza nümunə ola bilərsiniz. Onlar ata- analarını bir ideal olaraq görərlər və onlar üçün sizin əməlləriniz çox əhəmiyyətlidir. Bu səbəbdən uşağınızın yanında südü stəkana doldurun və doya-doya için.

Uşaqlara süd içməyi sevdirmənin yolları

Süd oyunları qurun!

Qardaşları və həmyaşıdları arasında süd içmə yarışları təşkil edə bilərsiniz. Uşaqlar aralarında rəqabət olunca daha əyləncəli olacaq. Bununla birlikdə südü pipetlə içmək onlar üçün asan və əyləncəlidir. Amma süd içərkən istifadə etdikləri xüsusi rəngli, şəkli dəyişikli pipetlər olsa yaxşı olar. Şəkilli stəkanların istifadə edilməsi də uşaqların süd içməsinə köməkçi olacaq.

16 yanvar 2014
GO BACK