Qadin.NET / Körpələrdə burun tutulması

Körpələrdə burun tutulması

Körpələrdə burun tutulması

Hər kəs körpəsinə yaxşı qulluq etmək istəyər. Yeni ana olmusuz? Körpənizin burnu tutulur? Bilmirsiniz ki, körpənizi ağlatmadan, incitmədən bu problemi necə həll edəsiniz? Bunları nəzərə alaraq bu xəbərimi sizlərlə bölüşmək istədim.

Anaların ən çətin dövrlərindən biri körpələrindəki burun tutulması problemidir. Həm körpə üçün çətin, həm də anaları üçün kədərli olan bu dövrdə nələr edilə bilər? Əvvəlcə burun tutulmalarının səbəblərini gözdən keçirək. Körpələrdə burun tutulmaları ya anadangəlmə olur, ya da sonradan təsir edən amillərdən əmələ gəlir. Anadangəlmə burun tutulmaları zamanı genetik olaraq burun arası sümük və ya pərdə toxuması ilə bağlı olur. Sonradan tutulmalarda isə quru mühit, allergik narahatlıqlar, yuxarı tənəffüs yolu infeksiyası səbəb ola bilər.

Körpələrdə burun tutulması

   Burun tutulması qidalanma pozğunluğuna səbəb ola bilər

10 günü keçən intihablı burun tutulması sinüsit əlaməti ola bilər. Tək tərəfli axıntılarda isə səbəb burun daxilində xarici bir cismin olmasıdır. Uzun sürən burun tutulması orta qulaq intihabı və sinusit riskini artırır. Eyni zamanda körpələrin yuxu nizamı da pozulur. Sağlam körpənin burnu mühitin nəm nisbətinin kafi olmadığı üçün burun içinin quruması səbəbiylə tutulur. Qısası, hər burun tutulması xəstəlik göstəricisi deyil.

Körpələrdə burun tutulması

    Körpələrdə burun tutulmasının müalicəsi

Burun təmizliyi hər qidalanmadan və yuxudan öncə edilməlidir. Təmizlik prosesinin sayının sıxlığı tutulmanın ağırlığından asılı olaraq dəyişir. Yaşı 2-dən az olan uşaqlarda mümkün olanda siroplardan istifadə edilməldir. Burun damcısından isə ancaq 6 aydan böyük olan uşaqlarda istifadə edilə bilər. Körpələr üçün burun aspiratoru istifadə edilməlidir. Bu alətlə burnu tutulmuş və çətinlik çəkən körpənizin burnundakıları çəkib çıxarır və rahat olmasını təmin edirsiniz. Uşağın burnunu mümkün olduqca təmiz saxlamaq əhəmiyyətlidir, çünki bunun sayəsində balacanız rahat nəfəs ala bilər və eyni zamanda, meydana gələ biləcək otit və sinusit kimi iltihabların da qarşısını ala bilərsiniz. Aspiratorlar burun tutulmasını aradan qaldırır, yumşaq silikon ucu ilə yara etmədən təmizlədiyi üçün körpəni narahat etmir. Eyni zamanda, yeni çıxan burun aspiratorlarının bəzilərində tozsoran kimi çəkmə xüsusiyyəti də var. 

6 dekabr 2013
GO BACK